Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-894/2023 23.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs X1 iştirakı ilə, AR DİN İmişli RPŞ DYPB-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli TP ******* (İXP 5476897) nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bахаrаq, MÜƏYYƏN ETDİ: AR DİN İmişli RPŞ DYPB-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli TP ******* (İXP 5476897) nömrəli qərarı ilə X2 xx.xx.2023-cü il tarixdə, saat 08:45- radələrində “Vaz 21061” minik markalı ** BA *** dövlət nömrə nişanlı avtomobili idarə edərək İmişli şəhəri, M.Əzizbəyov küçəsində hərəkətdə olarkən yolayrıcını keçmə qaydasını pozmasına görə AR İXM-nin 327.2-ci maddəsi ilə 60 manat cərimə edilmişdir. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib yol hərəkəti qaydaları əleyhinə heç bir inzibati xəta törətmədiyini göstərərək qeyd olunan qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs X2 göstərmişdir ki, o, “Vaz 21061” minik markalı ** BA *** dövlət nömrə avtomobillə xx.xx.2023-cü il tarixdə İmişli şəhərindən Bəhrəmtəpə istiqamətində gedərkən İmişli Mədəniyyət sarayının yaxılığındakı yol ayrıcında qırmızı işıqda dayanmış və yaşıl işıq yandıqdan sonra qarşıdan hərəkət edən avtomobil işığını yandıraraq ona yol verdiyi üçün o, həmin avtomobili gözləməyərək sola tərəf hərəkət emişdir. Həmin vaxt yol hərəkət qaydaları pozulmamışdır. Ona görə də, 60,0 manat məbləğində cərimə olunması haqqında AR DİN İmişli RPŞ DYPB-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli TP ******* (İXP 5476897) (İXP 5462372) qərarı ləğv edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli “inzibati xəta haqqında” protokolun surətinə əsasən X2 xx.xx.2023-cü il tarixdə, saat 08:45- radələrində Vaz 21061” minik markalı ** BA *** dövlət nömrə nişanlı avtomobili idarə edərək İmişli şəhəri, M.Əzizbəyov küçəsində hərəkətdə olarkən yolayrıcını keçmə qaydasını pozmuşdur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, səlahiyyətli orqan X1 AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin olunmasın. AR DİN İmişli RPŞ DYPB-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli TP ******* (İXP 5476897) nömrəli qərarı qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(036)-894/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-894/2023
23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver