Məhkəmə qərarları › İş №3(036)-897/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-897/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-897/2023 14.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlu İmişli rayonu, Xubyarlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə olan izibati xəta haqqında iş üzrə icraatın materiallarına baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, o, 07 avqust 2023-cü il tarixdə, saat 15:00 radələrində İmişli rayonunda reyd zamanı “Kamaz” markalı **- BF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini qanunsuz fəaliyyəti aşkar olundu. AR İXM-nin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 100.1.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat göstərilməlidir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.1.10-cu maddəsinə əsasən protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Şəxs barəsində Azərbaycan Respublikası İХМ-nin 552-ci maddəsi ilə olan inzibati xəta haqqında protokolda barəsində icraat aparılan şəxs haqqında məlumalar göstərilməmiş, onun sərnişin daşımanı yerinə yetirən şəxs olması barədə sübutlar, o cümlədən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsini yerinə yetirməsinə mane olan hansı hərəkətləri etməsi barədə qeyd olunmamışdır. Başqa sözlə protokolda aşkar edilmiş inzibati xətanın mahiyyəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada əks olunmamışdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuхаrıdа göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İХМ-nin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinə qaytarılsın. Qərardaddan 10 (оn) gün müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelliyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar