Məhkəmə qərarları › İş №3(036)-898/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-898/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-898/2023 15.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və Zərərçəkmiş şəxs ilə, xx.xx.1992-ci ildə anadan olmuş, AR vətəndaşı,subay, orta təhsilli, İmişli rayonu Kürdmahmudlu kəndində yaşayan Şəxs barəsində AR İXM-nin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında bахараг MÜƏYYƏNETDİ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, «X4» markalı ** UH ***dövlət nömrə nişanlı avtomaşını idarə edərək xx.xx.2023-cü il tarixdə, saat 20-10 radələrində İmişli şəhəri Ətraf yolla hərəkət edərkən ara məsafəsi saxlama qaydasını pozduğuna görə qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “BMV” markalı 99LF 361 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinin zədələnməsi səbəbindən Zərərçəkmiş şəxs 50 manat məbləğində maddi zərər dəymişdir. Yoxlama zamanı Şəxs sürücülük hüququnun olmadığı aşkar edilmişdir. Şəxs izahatında göstərmişdir ki, o, İmişli şəhəri, Ətraf yolun kənarında yerləşən “Araz” Ticarət məntəqəsinin yaxınlığında fəaliyyət göstərən maşın təmiri sexində rəngsaz işləyir. xx.xx.2023-cü il tarixdə, saat 20-10 radələrində sexdə təmir olunan qardaşı X1 məxsus olan «X4» markalı ** UH ***dövlət nömrə nişanlı avtomaşını elektrik sistemini yoxlatmaqdan ötrü bir qədər aralıda fəaliyyət göstərən məntəqəyə aparmaq məqsədilə idarə etmiş və İmişli şəhəri Ətraf yoldan məntəqə istiqamətində dönərkən qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “BMV” markalı 99LF 361 dövlət nömrə nişanlı avtomaşına yüngülcə toxunmuşdur. Baş vermiş hadisə nəticəsində “BMV” markalı 99LF 361 dövlət nömrə nişanlı avtomaşının arxa buferinin rəngi azacıq pozulmuş, lakin avtomobillərin heç biri zədələnməmişdir. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, İmişli şəhəri, Ətraf yolun kənarında yerləşən “Araz” Ticarət məntəqəsinin yaxınlığında fəaliyyət göstərən maşın təmiri sexində usta işləyir. xx.xx.2023-cü il tarixdə, saat 20-10 radələrində iş yoldaşı Şəxs sexdə təmir olunan «X4» markalı ** UH ***dövlət nömrə nişanlı avtomaşını elektrik sistemini yoxlatmaqdan ötrü bir qədər aralıda fəaliyyət göstərən məntəqəyə aparmaq məqsədilə idarə etmiş və İmişli şəhəri Ətraf yoldan məntəqə istiqamətində dönərkən qarşıda hərəkətdə olan ona məxsus olan “BMV” markalı 99LF 361 dövlət nömrə nişanlı avtomaşına yüngülcə toxunmuşdur. Baş vermiş hadisə nəticəsində ona məxsus olan “BMV” markalı 99LF 361 dövlət nömrə nişanlı avtomaşının arxa buferinin rəngi azacıq pozulmuş , lakin avtomobil zədələnməmiş və ona maddi zərər dəyməmişdir. İşdə olan AD 684780 nömrəli Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən «X4» markalı» markalı ** UH ***dövlət nömrə nişanlı avtomaşınxx.xx.2019-cu il tarixdə X2 adına qeydiyyata alınmışdır. İşdə olan “VAZ” təmir stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 237 saylı qüsur aktına əsasən Zərərçəkmiş şəxs məxsus olan “BMV” markalı 99LF 361 dövlət nömrə nişanlı avtomaşına baxış zamanı arxa buferin rəngində pozulma aşkar edilmiş, dəymiş zərər 50,0 manat məbləğində müəyyən edilmişdir. AR İXM-nin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnaməsi olmadan «X4» markalı ** UH ***dövlət nömrə nişanlı avtomaşını xx.xx.2023-cü il tarixdə, saat 20-10 radələrində İmişli şəhəri Ətraf yolla idarə edərkən qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “BMV” markalı 99LF 361 dövlət nömrə nişanlı avtomaşına toxunmuşdur. Baş vermiş hadisə nəticəsində “BMV” markalı 99LF 361 dövlət nömrə nişanlı avtomaşının arxa buferinin rəngi müəyyən hissədə pozulmuş, lakin avtomobil zədələnməmişdir. “VAZ” təmir stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 237 saylı Qüsur aktında Zərərçəkmiş şəxs məxsus olan “BMV” markalı 99LF 361 dövlət nömrə nişanlı avtomaşının arxa buferinin rənginin müəyyən qədər pozulması ilə əlaqədar 50,0 manat məbləğində maddi zərər qeyd olunsa da, əmlak sahibi tərəfindən təsdiq olunmadığından mötəbər deyil və qəbul edilməməlidir. Ona görə də, Şəxs barəsində AR İXM-nin 332.4-cü madəsi ilə olan inzibati xəta haqqnda iş üzrə icraata xitam verilərək o, İXM-nin 332.1-cü maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində AR İXM-nin 332.4-cü madəsi ilə olan inzibati xəta haqqnda iş üzrə icraata xitam verilsin. Şəxs AR İXM-nin 332.1-cü maddəsi ilə təqsirli bilinib 40( qırx) manat cərimə edilsin. Qərardan 10(on) gün müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Üllvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar