Məhkəmə qərarları › İş №3(036)-899/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-899/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-899/2023 14.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2, Zərərçəkmiş şəxs, İmişli Rayon Prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X5 iştirakı ilə, xx.xx.2005-ci ildə İmişli rayonunun Qaragüvəndikli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, yetkinlik yaşına çatmayan, İmişli rayonunun Qaragüvəndikli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis baş leytenantı Telman İbrahimov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində İmişli rayonunun Qaragüvəndikli kəndində həmkəndlisi Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 0, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində İmişli rayonunun Qaragüvəndikli kəndində atası X7 və Zərərçəkmiş şəxs arasında torpaq sahəsi ilə bağlı aralarında mübahisə yaranan zaman orada olmamışdır. Həmin vaxt o, mal-qaralarını gətirmək üçün örüş otlaq sahəsində olmuş və evə qayıtdıqdan sonra hadisə ilə bağlı məlumatı olmuşdur. Heç bir vaxt Zərərçəkmiş şəxs ilə mübahisə edib dalaşmamış və ona xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs qərəzli olaraq onların ailəsi ilə ədavət apararaq, onun və atasının barəsində DİN 102 xidmətinə əsassız şikayət etmişdir. Həmin hadisədən bir neçə gün sonra atası Qurban Qənbərov və Zərərçəkmiş şəxs arasında yenə mübahisə baş vermiş və mübahisə zamanı Rafiq onun atasına xəsarət yetirmişdir. Hadisə ilə bağlı sonuncunun barəsində cinayət işi başlanmış və İmişli Rayon Məhkəməsinin müvafiq hökmü ilə ona cəza verilmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilmir və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində İmişli rayonunun Qaragüvəndikli kəndində Şəxs və onun atası X7 torpaq sahəsi ilə bağlı olaraq onunla mübahisı edərək üzərinə hücum çəkmiş və həmin vaxt Şəxs əlindəki dəmir parçası ilə onun sağ qolunun bilək nahiyəsindən vururaq ona xəsarət yetirmişdir. İmişli Rayon Prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X10 iş üzrə obyektiv qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materialları ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs 19 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən Qaragüvəndikli bələdiyyəsinin mülkiyyətindəki, İmişli RİHB-nın Qaragüvəndikli KİƏD üzrə nümayəndəliyi, Qaragüvəndikli Poçt şöbəsi və İmişli Rayon Mərkəzi Xəstəxanasının Qaragüvəndikli kənd Tibb məntəqəsinin istifadəsinə verilmiş inzibati binanın həyətyanı ərazisində 0,14 hektar torpaq sahəsini dəmir boru və tikanlı məftillərlə özbaşına hasarlamaqla torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmuşdur. Təhqiqat zamanı İmişli rayonu, Qaragüvəndikli kənd sakini X9 izahat verərək göstərmişdir ki, 24 aprel 2023-cü il tarixdə saat 19 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndində Zərərçəkmiş şəxs və X7 arasında torpaq sahəsi üstündə sözlə mübahisə baş verən zaman, Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsini və ona küt alətlə xəsarət yetirməsini görməmişdir. Bundan əlavə, İmişli rayonu, Qaragüvəndikli kənd sakini X6 izahat verərək göstərmişdir ki, 24 aprel 2023-cü il tarixdə İmişli rayonu, Qaragüvəndikli kəndində Zərərçəkmiş şəxs və əri X7 bir-biri ilə yalnız sözlə mübahisə etmiş, həmin vaxt onların arasında hər hansı bir dava-dalaş və qarşılıqlı surətdə xəsarət yetirilmə halları olmamışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 301 nömrəli rəyi ilə müəyyən olur ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət sağ saidin aşağı 1/3-nin ön yara bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitdə, o cümlədən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə qeyd edir ki, ekspert rəyində Zərərçəkmiş şəxs bədəni üzərində dərəcəsi təyin edilməyən bədən xəsarətlərinin aşkar edilməsi göstərilsə də, həmin rəy Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin məhz Şəxs tərəfindən yetirilməsini bilavasitə təsdiq etmir. Nəzərə alınmalıdır ki, ekspert rəyi məhkəmə üçün məcburi deyildir, ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. İş materiallarında məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində dərəcəsi təyin edilməyən bədən xəsarətlərinin məhz Şəxs tərəfindən yetirilməsini təsdiq edən başqa bir sübut mövcud deyildir. Zərərçəkmiş şəxs X7 ilə aralarında torpaq sahəsi ilə bağlı yaranmış ədavət onu deməyə əsas verir ki, Zərərçəkmiş şəxs X3 ailəsi ilə apardığı ədavət çərçivəsində məqsədli şəkildə özüüzünə dərəcəsi təyin edilməyən xəsarət yetirmiş ola bilər. Lakin, qeyd olunan hal inzibati xəta haqqında iş üzrə icraat başlanan zaman nəzərə alınmamış və həmin hal araşdırılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 24 aprel 2023-cü il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparışan şəxsin atası X3 arasında mübahisə baş verən zaman onların arasında dava-dalaş və xəsarət yetirilmə halları inkar edilir və eyni zamanda Şəxs həmin vaxt hadisə yerində olması öz təsdiqini tapmır. Göründüyü kimi Şəxs hazırkı inzibati xəta ilə bağlı hər hansı bir təqsiri müəyyən edilmir. Bundan başqa o, 05 may 2023-cü il tarixdə saat 07:30 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən İmişli RİHB-nın Qaragüvəndikli KİƏD üzrə nümayəndəliyi və digər qurumların istifadəsinə verilmiş inzibati binanın həyətyanı ərazisində 0,14 hektar torpaq sahəsini hasarlamaq üçün istifadə etdiyi dəmir boruları götürərkən həmkəndlisi X7 narazılıq etdiyinə görə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı yaxınlıqdakı avtomobilindən vintaçanı götürüb Qurban Qənbərova qəsdən vintaçanla vuraraq sol budun yuxarı 1/3-nin arxa səthində və döş qəfəsinin sağ yarısının ön səthində məmə xətti boyunca 8ci qabırğa səviyyəsində yaralardan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, qəsdən Qurban Qənbərovun sağlamlığına yüngül zərər vurmuşdur. Fakta bağlı Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 188.1-ci maddələri ilə cinayət işi başlanmış və İmişli Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(036)-70/2023 saylı hökmü ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 188.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 128-ci maddəsi ilə 1 il müddətə və 188.1-ci maddəsi ilə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanaraq üzərində qəti olaraq 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş materiallarında inzibati xətanın Şəxs tərəfindən törədilməsini təsdiq edən başqa bir sübut olmadığından, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi Şəxs inzibati xətanın törədilməsində təqsirli olmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Göründüyü kimi Şəxs barəsində başlanmış inzibati xəta üzrə təqsirli olmasına dair əsaslı şübhələr vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən və inzibati xəta törədilməsinə aidiyyəti olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 135, 130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar