Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-906/2023 12.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1977-ci ildə Beyləqan rayonu, İmamverdilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, İmamverdilər kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində X5 döymüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi törətməmiş və özünü həmin maddə ilə təqsirli bilmir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsindən yaşadığı Beyləqan rayonu, İmamverdilər kəndinə getmək üçün Bakı-Horadiz yolunda avtomaşın gözləyən zaman, Arzu Qarayeva tanımadığı iki nəfər kişi ilə birlikdə ona yaxınlaşıb onu döymüşlər. Həmin vaxt o, Arzu Qarayevanın yaşadığı ünvana getməmiş və onu döyməmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşadığı evin işıqlarının sönməsini görüb çölə çıxan zaman, Şəxs hasarın üstündən aşaraq onun həyətinə keçərək onun üzərinə gəlmiş və əynindəki köynəyini cıraraq ona xəsarət yetirmişdir. İmişli Rayon Polis X3 təhqiqatçısının xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Beyləqan rayonu, İmamverdilər kənd sakini Şəxs və İmişli rayonu, Bəhrəmtəpə qəsəbə sakini X4 DİN 102 xidmətinə vermiş olduqları HK-1 nömrəli 1544 və 1515 saylı müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti İmişli RPŞ-nin X1 göndərilmişdir. Qeyd olunan qərarla müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində X5 döymüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə toplanmış sübutları müqayisəli surətdə tədqiq edib və işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində X5 döyərək inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatı həqiqətə uyğun olmayıb, özünü müdafiə xarakteri daşıyır və başqa sübutlarla öz təsdiqini tapmayıb təkzib olunduğuna görə, onun izahatında göstərdiyi dəlillərə tənqidi yanaşılmalıdır. Ona görə də, Tağıyev X2 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxsnın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə təqsirli bilinib, inzibati tənbeh tədbiri növündə 300 ( üç yüz) manat cərimə edilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-906/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-906/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver