Məhkəmə qərarları › İş №3(036)-907/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-907/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-907/2023 22.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, М Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 09:35-də İmişli şəhəri Heydər Əliyev prospektində idarə etdiyi “Mersedes-Benz” markalı ** NZ *** dövlət qeydiyyat nişanlı mikroavtobusla qeyri-qanuni fəaliyyətlə məşğul olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə özünü təqsirli bilmir. “Mersedes-Benz” markalı ** NZ *** dövlət qeydiyyat nişanlı mikroavtobusu faktiki surətdə X1 və bu barədə sonuncuya xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Onun sürücülük vəsiqəsi yoxdur və xx.xx.2023-cü il tarixdə saat 09:35-də İmişli şəhəri Heydər Əliyev prospektində “Mersedes-Benz” markalı ** NZ *** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə etməmişdir. Ona görə də barəsində qanunsuz tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək göstərdi ki, o, “Mersedes- Benz” markalı ** NZ *** dövlət qeydiyyat nişanlı mikroavtobusu xx.xx.2023-cü il tarixdə notariat kontorunda təsdiq edilmiş nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş etibarnamə əsasında Şəxs satın almış, həmin vaxtdan nəqliyyat vasitəsi onun sahibliyində və istifadəsində olmuşdur. Nəqliyyat vasitəsi qeyd olunan tarixdən sonra heç bir vaxt Şəxs istifadəsində olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktla müəyyən olur ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə İmişli rayonunda reyd keçirilən zaman Şəxs “Ford Transit” markalı ** KL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini fərqlənmə nişanı olmadan qanunsuz fəaliyyətlə məşğul olduğu aşkar olunmuş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli aktda Şəxs “Ford Transit” markalı ** KL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini fərqlənmə nişanı olmadan qanunsuz fəaliyyətlə məşğul olduğu qeyd olunduğu halda, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 09:35-də İmişli şəhəri Heydər Əliyev prospektində idarə etdiyi “Mersedes-Benz” markalı ** NZ *** dövlət qeydiyyat nişanlı mikroavtobusla qeyri-qanuni fəaliyyətlə məşğul olmuşdur. Göründüyü kimi, Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt və xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol bir-birinə zidd olmaqla, qeyd olunan inzibati xəta başqa sübutlarla öz təsdiqini tapmamış və işin digər halları ilə təkzib olunmuşdur. İmişli regional “Asan xidmət” mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə əsasında “Mersedes- Benz” markalı ** NZ *** dövlət qeydiyyat nişanlı mikroavtobusun idarə edilməsi X2 verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materialları ilə müəyyən olur ki, inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri kobud surətdə pozulmuş və Şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 135, 130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar