Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-921/2023 07.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, xx.xx.1995-ci ildə anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, İmişli rayonu Məzrəli kəndində yaşayan Şəxs barəsində AR İXM-nin 332.2, 339.1-1 və 342.9-cu maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında bахараг MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 332.2, 339.1-1 və 342.9-cu maddləri ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2023-cü il tarixli İXP 5658361) tərtib edilmişdir ki, o, idarə etdiyi “Vaz 21070 MİNİK” markalı ** MU *** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə,saat 12-32 radələrində İmişli şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir.Yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı və nəqliyyat vasitəsinin texniki baxışdan keçirilmədiyi aşkar edilmişdir. Şəxs izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Məzrəli kəndində yaşayır və nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Özünə məxsus olan “Vaz 21070 MİNİK” markalı ** MU *** dövlət nömrə nişanlı avtomobili idarə edərək xx.xx.2023-cü il tarixdə,saat 12-32 radələrində İmişli şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkan nəqliyyat vasitəsini texniki baxışdan keçirilmədiyinə görə polis əməkdaşları tərəfindən tərəfindən saxlanılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə edilməmişdir. Həmin vaxt tərtib edilmiş sənədləri polisə olan etimadına görə imzalamışdır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən izibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi müəyyən edilməlidir: Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda texniki baxışdan keçirilməyən “Vaz 21070 MİNİK” markalı ** MU *** dövlət nömrə nişanlı avtomobili nəqliyyat vasitəsini idarə edərək xx.xx.2023-cü il tarixdə, saat 12-32 radələrində İmişli şəhəri, H.Əliyev prospekti ilə hərəkət etmişdir. Həmin vaxt nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə edildiyi heç bir sübutla təsdiq olunmamışdır. AR İXM-nin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 342.9-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki , Şəxs barəsində AR İXM-nin 342.9cu maddəsi ilə olan inzibati xəta haqqnda iş üzrə icraata xitam verilərək o, İXM-nin 332.2 və 339.1-1-ci maddələri ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində AR İXM-nin 342.9-cu maddəsi ilə olan inzibati xəta haqqnda iş üzrə icraata xitam verilsin. Şəxs AR İXM-nin 332.2 və 339.1-1-ci maddələri ilə təqsirli bilinib 100 ( yüz) manat cərimə edilsin. Qərardan 10(on) gün müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(036)-921/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-921/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver