Məhkəmə qərarları › İş №3(036)-922/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-922/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-922/2023 15.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, Şəxs ASC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" ASC ( VÖEN **********) barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, AR Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli 6-1-26/2-M-800-0-6269/2023 saylı və xx.xx.2023-cü il tarixli 6- 1-26/2-4576/2023 saylı məktubu ilə tələb edilən sənədləri (cəmiyyətin nizamnaməsini, səhmdarların reystrinin, 2019-cu ildən 2023-cü ilədək keçirilən səhmdarların ümumi yığıncaqlarının protokollarının surətinin) göstərilmiş müddət ( 7 iş günü ) ərzində Mərkəzi Banka təqdim etməmişdir. Protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs ASC (VÖEN **********) AR Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli 6-1-26/2-M-800-0-6269/2023 saylı və xx.xx.2023-cü il tarixli 6-1-26/2-4576/2023 saylı məktubu məktubu ilə tələb edilən sənədləri (cəmiyyətin nizamnaməsini, səhmdarların reystrinin, 2019-cu ildən 2023-cü ilədək keçirilən səhmdarların ümumi yığıncaqlarının protokollarının surətinin) səmdar X1 təqdim etməmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" ASC (VÖEN **********) AR Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli 6-1-26/2-M-800-0-6269/2023 saylı və xx.xx.2023-cü il tarixli 6-1- 26/2-4576/2023 saylı məktubu ilə tələb edilən sənədləri ( cəmiyyətin nizamnaməsini, səhmdarların reystrinin, 2019-cu ildən 2023-cü ilədək keçirilən səhmdarların ümumi yığıncaqlarının protokollarının surətinin) səmdar X1 təqdim etməyərək AR İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, barəsində İXM-nin müvafiq maddəsinin saksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs ASC (VÖEN **********) Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500,0 ( min beş yüz) manat cərimə edilsin. Qərardan 10(on) gün müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hакim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar