Məhkəmə qərarları › İş №3(036)-926/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-926/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-926/2023 26.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Saatlı Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Saatlı Rayon Polis X8 Xidməti inspektoru tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə 80 manat məbləğində cərimə edilmişdir. X3 şikayət verərək, Saatlı Rayon Polis Şöbəsi tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın qanunsuz və əsassız olduğuna görə ləğv olunmasını xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə saat 19:06 radələrində “Opel Astra” markalı ** SG *** dövlət nömrə nişanlı avtomobillə Saatlı şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən Saatlı rayonu Yol Patrul xidmətinin inspektoru baş serjant X4 tərəfindən saxlanılaraq, guya ötmə əməliyyatı etmişdir. Həmin vaxt heç bir yol hərəkəti qaydaları pozulmadığı halda qanunsuz olaraq qərar qəbul edilmişdir. Yol polis bölməsinin əməkdaşı yol hərəkəti qaydaları pozulması barədə heç bir sübut göstərməmişdir. Həmin hadisə radar və ya digər kamera görüntülərində öz əksini tapmamışdır. Həmin qərarı xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Saatlı Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə 80 manat məbləğində cərimə edilmişdir. Halbuki onun inzibati xəta törətməsi heç bir sübutla təsdiq olunmur. Ona görə də hesab edir ki, qərar əsassızdır və ləğv edilməlidir. Məhkəmənin əvvəlki iclasında X3 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından və işin araşdırırlan hallarından müəyyən olunmuşdur ki, X3 xx.xx.2023- cü il tarixdə saat 19:06 radələrində Saatlı şəhəri H.Əliyev prospektində idarə etdiyi “Opel Astra” markalı ** SG *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalaırını pozmuşdur. X1 tərəfindən Saatlı Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə 80 manat məbləğində cərimə ödənilmişdir. X3 şikayətin dəlillərini və mübahisələndirilən qərarın ləğv olunması üçün heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X3 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol üzrə Saatlı Rayon Polis X8 Xidməti inspektoru tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarı qanuni və əsaslıdır, onun ləğvi üçün əsaslar mövcud deyildir. Ona görə də X3 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 115, 117 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 Saatlı Rayon Polis X8 Xidməti inspektoru tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar