Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-930/2023 29.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, Şəxs MMC ( VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC (VÖEN **********) barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, 2700000.00 Rus rublu məbləğində vəsaiti Bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 2700000.00 Rubl vəsait hesabına alınan mallar (xidmətlə) ölkəyə idxal edilməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti geri qaytarılmamışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 4-29/3287-23 saylı məlumatda göstərilmişdir ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal edilən malların və xidmətlərin ödənişləri üzrə rezidentlər və qeyrirezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim olunmasına dair tələbin yerinə yetirilməməsi halları üzrə xx.xx.2021-ci il tarixdə Şəxs MMC (VÖEN **********) "xxxx" ASC vasitəsilə qabaqcadan 2700000.00 Rubl ödəniş həyata keçirmiş və 2 il müddət keçdikdən sonra, 2700000.00 Rubl vəsait hesabına alınan mallar ölkəyə idxalını təsdiq edən gömrük bəyənnaməsini və ya idxal olunan xidmətlərə dair sənədləri banka təqdim etməmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, 01/21/STR nömrəli Köçürmə ərizəsinin surətinə əsasən cəmi 2700000.00 Rubl dəyərində malın alınmasından ötrü Şəxs MMC-nin "xxxx" ASC hesabından "xxxx" MMC-nin “SBERBANK” hesabına 2700000.00 Rusiya rublu köçürülməsinə sərəncam verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 01 saylı müqavilənin surətinə əsasən RF Komi Respublikası Sıktıvkar şəhəri, K.Partizanı küç. Ev 46, mən.40-da qeydə alınmış "xxxx" MMC cəmi 28.000.000,0 Rubl dəyərində malı tədarük etməyi, AR İmişli rayonu, Bəcrəvan kəndində qeydə alınmış Şəxs MMC isə həmin malı qəbul etməyi və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan RF Komi Respublikası Arbitraj Məhhkəməsinin xx.xx.2023-cü il tarixli, 29-12749/2022 nömrəli qətnaməsinin surətinə əsasən "xxxx" MMC-dən 2700000.00 Rusiya rublu əsas borc və 437400.00 Rusiya rublu dəbbə pulu tutulub Şəxs MMC-nin xeyrinə ödənilməlidir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0.3-ci maddəsinə əsasən izibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş 2700000.00 Rus rublu məbləğində vəsait hesabına alınan malların indiyədək ölkəyə idxal edilməməsi və qabaqcadan ödənilmiş valyuta vəsaitinin geri qaytarılmaması Şəxs MMC-nin təqsirindən olmamışdır. Ona görə də, Şəxs MMC barəsində AR İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1, 115, 117 və 130 –cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(036)-930/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-930/2023
29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver