Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-932/2023 12.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, şikayət vermiş şəxsin etibarnamə üzrə nümayəndəsi X4, protokol tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarla razı deyildir. O, ətraf mühitə heç bir vaxt zibil atmamışdır. Həmin sahədə olan zibillər ətrafda olan iaşə obyektlərindən atılan zibillərdir. Lakin, bütün bunlara baxmayaraq qarşı tərəf həmin zibillərin onun tərəfindən atılıb-atılmaması barədə heç bir araşdırma aparılmadan əsassız olaraq onu yüksək məbləğə cərimə etmişdir. Ona görə də, qərar qanunsuz olduğundan ləğv olunmalıdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi X4 izahat verərək göstərdi ki, İmişli şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Super market”də satıcı işləyir. xx.xx.2023-cü il tarixdə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları inzibati xəta haqqında protokol tərtib etmişlər ona görə ki, İmişli şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Super market”də formalaşan tullantılar marketin kənarında qalaqlanaraq yandırılmışdır. Halbuki, həmin tullantılar oraya yandırılmaq məqsədilə qoyulmamışdır. Həmin tullantılar kim tərəfindən yandırılması ona məlum deyildir. Bütün bunlara baxmayaraq daha yüngül cəza təyin edilməsini xahiş edir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, X6 tərəfindən İmişli şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Super market”də formalaşan tullantıların marketin kənarında qalaqlanaraq yandırılması faktı aşkar edilmişdir. Həmin fakt protokollaşdırılmış, bu barədə fotoşəkillər çəkilmiş və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunmuşdur. Qərar qanuni və əsaslı olduğuna görə şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini işdə iştirak edən şəxslərin izahatı və iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 20 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla müəyyən olur ki, X6 tərəfindən İmişli şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Super market”də formalaşan tullantıların marketin kənarında qalaqlanaraq yandırılması faktı aşkar edilmişdir. Həmin protokol mübahisələndirilməmiş, ləğv və etibarsız hesab edilməmişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərlə X6 tərəfindən İmişli şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Super market”də formalaşan tullantıların marketin kənarında qalaqlanaraq yandırılması faktı öz təsdini tapır. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli 3RETSİ/217Q-23 nömrəli məktubundan görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X6 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı icra edilməsi üçün X5 göndərilmişdir. İş materiallarına əlavə olunmuş elektron sistemdən çıxarışa əsasən X6 xx.xx.2015-ci il tarixdə ********** nömrəli VÖEN almış və hazırda vergi ödəyicisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında X6 şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə toplanmış sübutları müqayisəli surətdə tədqiq edib, yuxarıda qeyd olunan maddi hüquq normalarına və işin faktiki hallarina qiymət verərək hesab edir ki, X6 xx.xx.2023-cü il tarixdə İmişli şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Super market”də formalaşan tullantıları marketin kənarında yandıraraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə hesab edir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə düzgün olaraq X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunmuşdur. Ona görə də, X3 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-932/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-932/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver