Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-94/2021 08.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Zərərçəkmiş şəxs: X1, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxxx 1967-ci ildə İmişli rayonu, Gövhərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olan və yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 19:00 radələrində İmişli şəhəri, C.Quliyev küçəsi, ev 137 ünvanda X3 döymüşdür. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Qaradonlu kəndində yaşayır. Zərərçəkmiş şəxs X5 onun əmisinin nəvəsidir. Baş hadisə barədə qeyd edir ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 19:00 radələrində Nərgiz xanımın yaşadığı İmişli şəhəri, C.Quliyev küçəsi, ev 137 ünvanda aralarında şəxsi münasibətlər zəmnində mübahisə yaranmışdır. Mübahisə zamanı X5 onu nalayiq ifadələrlə təhqir etdiyi üçün öz əsəblərini cilovlaya bilməmiş və onu döymüşdür. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bununla yanaşı bildirir ki, ilk dəfə inzibati xəta əməli törədir, zərərçəkmiş şəxs X5 ilə barışmaq istəyir, gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək və qanunlara əməl edəcək. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində Qanunvericiliklə nəzərdə tutulmuş qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, C.Quliyev küçəsi, ev 137 ünvanda yaşayır. İnzibati xəta törətmiş şəxs Şəxs onun atasının əmisi oğludur. Baş vermiş hadisə barədə qeyd edir ki, xx xxxxxx 2020ci il tarixdə, təxminən saat 19:00 radələrində yaşadığı İmişli şəhəri, C.Quliyev küçəsi, ev 137 ünvanda yerləşən fərdi yaşayış evində Şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs onu nalayiq ifadələrlə təhqir edərək, döymüşdür. Daha sonra o, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” Xidməti Zəng Mərkəzinə zəng vuraraq, eyni zamanda, ərizə ilə İmişli Rayon Polis Şöbəsinə müraciət edərək, məlumat vermişdir. Buna baxmayaraq, o, Şəxs yaşlı, özünün qohumu və ailəli olmasını nəzərə alaraq, onu bağışlayır, onun ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün İmişli Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Mehdi Hüseynzadə tərəfindən X1 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün İmişli Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 799 saylı, xx xxxxxx 2020-ci il tarixli “ekspert rəyi”ndən görünür ki, X2 aşkar edilmiş xəsarətlər-sol bazunun orta 1/3 hissəsinin ön səthində qançır küt əşyanın (əşyaların) təsirindən törədilmişdir, müxtəlif şəraitlərdə, o cümlədən, xx xxxxxx 2020-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan MN ******* №-li, xx xxxxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 19:00 radələrində İmişli şəhəri, C.Quliyev küçəsi, ev 137 ünvanda X3 döymüşdür. İş materiallarında olan zərərçəkmiş şəxs X1 xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi yoxdur və məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan inzibati xəta törətmiş şəxs Şəxs xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs X1 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizəsinə etiraz etmir və məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs, zərərçəkmiş şəxs X1 izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs zərərçəkmiş şəxs X5 ilə barışdığı üçün o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətdən azad edilməli və barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs zərərçəkmiş şəxs X5 ilə barışdığı üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya İmişli Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(036)-94/2021
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-94/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver