Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-95/2024 19.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, tələbkar X4, inzibati xəta törətmiş şəxs Şəxs, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1970-ci ildə İmişli rayonunun Ağaməmmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işsiz, İmişli rayonunun Məmmədli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 19 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8i-9981 reyestr nömrəli icra qeydindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə üzrlü səbəblər olmadan icra etməmiş və 9025 manat borc ödənilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə özünü təqsirli bilərək izahatında göstərdi ki, İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8i-9981 reyestr nömrəli icra qeydi üzrə tələbkara 9000 manat borcu vardır. Maddi imkanı olmadığına görə tələbkara olan borcunu ödəyə bilməmişdir. Tələbkara borcunu hissə-hissə ödəməyi təklif etmiş, lakin tələbkar onunla razılaşmamışdır. Maddi imkanı yaxşılaşdıqdan sonra icra sənədinin icrasını təmin edəcəkdir. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X4 izahat verərək göstərdi ki, Şəxs 9000 manat borc pul vermişdir. Bununla bağlı notarial qaydada borc müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən Şəxs ona olan borcunu 2023-cü ilin oktyabr ayınadək qaytarmağı öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən həmin borc müqaviləsi üzrə İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 8i-9981 reyestr nömrəli icra qeydi tərtib olunaraq məcburi icraya yönəldilmişdir. Odur ki, nəzərə alınmasını və borclunun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X6 izahat verərək göstərdi ki, borclu Əliyev X5 regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8i- 9981 reyestr nömrəli icra qeydinin icrası üçün heç bir təşəbbüs göstərməmiş, əksinə icra məmurunun çağırışlarına gəlməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda borclunun tələbkara 9000 manat məbləğində ödənilməyən borcu vardır. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq icra sənədinin icrasından yayınmışdır. Bu səbəbdən də borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, borclunun tənbeh olunmasını məhkəmədən xahiş edir. İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8i-9981 reyestr nömrəli icra qeydi ilə müəyyən olur ki, Şəxs 9000 manat məbləğində pul və 25 manat dövlət rüsumu tutulub X1 ödənilməlidir. İmişli rayon icra və probasiya şöbəsinin böyük icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranın könüllü olaraq təmin edilməsi təklif edilmişdir. xx.xx.2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş ilə borcluya tələbin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmişdir. xx.xx.2023-cü il tarixli məktubla borcluya icra sənədinin icrasının təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarxli qərarı ilə borclu Şəxs barəsində axtarış elan edilmişdir. İşdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi barədə, yəni borclunun adına hər hansı bir əmlakın, bank hesablarının, tələbin borclunun yönəldilə biləcək əmək haqqının və sair gəlirlərinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində icra tədbirləri görmüş, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Əliyev X5 regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8i-9981 reyestr nömrəli icra qeydi üzrə borcun ödənilməsi barədə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etməmişdir. Ona görə də, Əliyev X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxsnın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 fevral 2024-cü il tarixdən saat 16:35-dən hesablansın. Qərarın icrası İmişli Rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-95/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-95/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver