Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-95/2025 04.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ24157891 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ24157891 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci ildə aldığı sənətdən məlum olmuş ki, o, AR DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadənin xx.xx.2024-cü il tarixli EQ24157891 saylı inzibati tənbeh vermə haqqında elektron ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat cərimə edilmişdir. Həmin qərarla razı deyil. Belə ki, o, Azərbaycan Respublikası İXM-nin həmin maddəsinin tələbini pozmamışdır. Bildirir ki, sözü gedən qərar əsasən guya o, xx.xx.2024-cü il tarixində idarə etdiyim X5 Prado minik markalı 30BF788 dövlət qeydiyyat nişanlı avtomobilimlə üfüqi nişanlanmaxətlərinin tələblərinə riayət etməyərək sol və ya geriyə dönməklə qayda pozuntusu etmişdir. Qeyd edir ki, o, heç bir qayda pozuntusu etməmişdir. Bu onların ona təqdim etdiyi fotoşəkildən də görünür. Həmin fotoşəkildən hansısa maşın nişanlanma xəttinin tələblərini pozur, lakin qayda pozuntusunun onun tərəfimdən törədilməsini sübut edən heç bir sənəd yoxdur. Buradan görünür ki, sözü gedən elektron qərar qarşı tərəfin təxmini fərziyəsinə əsasən yazılmışdır. Bütün bunlara görə hesab edir ki, o, əsasız olaraq 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat cərimə edilməyi barədə AR DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadənin xx.xx.2024-cü il tarixli EQ24157891 saylı nzibati tənbeh vermə haqqında elektron qərarin ləgv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsinin mahiyyətinə uyğun çıxış etmiş, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinə məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, AR DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadənin xx.xx.2024-cü il tarixli EQ24157891 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün İmişli RPŞ-nin X7 İdarəsinn göndərilməlidir. Belə ki, iş materiallarında olan AR DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadənin xx.xx.2024-cü il tarixli EQ24157891 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarından görünür ki, X3 “TOYOTA LAND- CRUİSER-PRADO” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü ildə saat 13:44 radələrində İmişli şəhəri, Heydər Əliyev prospektində idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək, sola və ya geriyə dönmə qaydalarını pozmuş, buna görə də Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Hadisənin video görüntülərinə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, qara rəngli “TOYOTA LAND-CRUİSER-PRADO markalı avtomobil yolda hərəkət edir, həmin avtomobil sola dönmə qaydalarını pozur. Fotodan sola dönərək qayda pozuntusu edən avtomobilin dövlət qeydiyyat nişanı oxunmur. Görüntülər uzaqdan çəkildiyi üçün hansı dövlət qeydiyyat nişanlı avtomobilin qayda pozuntusu etməsi dəqiq görünmür. Göründüyü kimi İmişli RPŞ-nin X7 İdarəsində aparılan araşdırma zamanı hansı avtomobilin manevr qaydalarını pozması ilə bağlı ətraflı araşdırma aparılmamış və iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Ona görə də İmişli RPŞ-nin X7 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ24157891 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilməli və iş yenidən baxılmaq üçün İmişli RPŞ-nin X7 İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ24157891 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №3(036)-95/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-95/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver