Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-952/2025 14.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin səlahiyyətli şəxsinin xx.xx.2025-ci il tarixli EQ 28290566 nömrəli və xx.xx.2025ci il tarixli EQ 28521306 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin səlahiyyətli şəxsinin xx.xx.2025-ci il tarixli EQ 28290566 və xx.xx.2025-ci il tarixli EQ 28521306 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından ləğv edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 3(036)-952/2025 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 28290566 saylı və İXM-nin 353.5-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28521306 saylı qərarlarının dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 şikayət verərək, İmişli Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 3(036)- 952/2025 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-399/2025-ci il, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, İmişli Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 3(036)-952/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, R.Əliyevin müxtəlif vaxtlarda törətdiyi inzibati xətalara deyil, həmin xətalara görə səlahiyyətli orqan tərəfindən tətbiq edilmiş inzibati tənbeh vermə haqqında 1 iyun və 12 iyun 2025-ci il tarixli qərarlardan verilmiş şikayətə baxıldığından bu şikayətlərin ayrı-ayrı icraatlarda baxılması daha məqsədəmüvafiqdir və inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə ayrı icraatda baxılmaqla R.Əliyev barəsində İXM-in 353.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat zamanı İXM-in 126.1 və 138-ci maddələrinin tələblərinə riayət olunub-olunmamasına da qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, hər bir inzibati tənbeh qərarı üzrə icraat ayrı-ayrılıqda aparıldığı üçün onlardan məhkəməyə veriləcək şikayət də ayrı-ayrılıqda verilməldir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərarlardan X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, inzibati tənbeh tətbiq etmə barədə qərarlardan ayrı-ayrılıqda şikayət etmək hüququnun olması X2 izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 132-ci maddələsi rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin səlahiyyətli şəxsinin xx.xx.2025-ci il tarixli EQ 28290566 nömrəli və xx.xx.2025ci il tarixli EQ 28521306 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından X3 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İnzibati tənbeh tətbiq etmə barədə qərarlardan ayrı-ayrılıqda şikayət etmək hüququnun olması X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №3(036)-952/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-952/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver