Məhkəmə qərarları › İş №3(036)-963/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-963/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-963/2023 30.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakı ilə, AR DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli EQ 15834224 nömrəli qərarından ( xx.xx.2023cü il tarixli EQ 15834224 nömrəli «inzibati xəta haqqında haqqında» protokol üzrə ) X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli EQ 15834224 nömrəli qərarı ilə X3 xx.xx.2023-cü il tarixdə, saat 15-36- radələrində “Mersedes Benz E 240 Minik” markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobili idarə edərək M2, E 60, AH 5 Bakı-Ələt –Qazax –Gürcüstan yolunun 101-ci km-də hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşdığına görə (xx.xx.2023-cü il tarixli EQ 15834224 nömrəli «inzibati xəta haqqında haqqında» protokol üzrə ) AR İXM-nin 328.3-cü maddəsi ilə 200,0 manat cərimə edilmişdir. Barəsində «inzibati tənbeh vermə haqqında» qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib xx.xx.2023-cü il tarixdə, saat 15-36- radələrində “Mersedes Benz E 240 Minik” markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobili idarə edərək M2, E 60, AH 5 Bakı-Ələt –Qazax –Gürcüstan yolunun 101-ci km-də hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini aşmadığını və yol hərəkəti qaydaları qaydaları əleyhinə heç bir inzibati xəta törətmədiyini göstərərək AR DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli EQ15834224 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Barəsində «inzibati tənbeh vermə haqqında» qərar qəbul edilmiş şəxs X3 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15-36- radələrində “Mersedes Benz E 240 Minik” markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobili idarə edərək M2, E 60, AH 5 Bakı-Ələt –Qazax –Gürcüstan yolunun 101-ci km-də hərəkətdə olarkən ailə üzvləri də avtomobildə olmuş və yolda müəyyən edilmiş hərəkət sürətini aşmamışdır. Ola bilsin ki, həmin vaxt inzibati xətanı qeydə alan DYP avtomobilində quraşdırılmış GPS aparatnda hər hansı nazaslıq olmuş və yaxud dövrü metraloji yoxlamadan keçirilmədiyi üçün düzgün işləməmişdir. Ona görə də, AR DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli EQ 15834224 nömrəli qərarı qanunsuz hesab edilməlidir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşdığına görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, X3 xx.xx.2023-cü il tarixdə, saat 15-36- radələrində “Mersedes Benz E 240 Minik” markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobili idarə edərək M2, E 60, AH 5 Bakı-Ələt –Qazax – Gürcüstan yolunun 101-ci km-də hərəkətdə olarkən X1 yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşması AR DİN BDYPİ-nə aid avtomobildəki müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş xüsusi texniki vasitələrlə aşkar edildiyindən səlahiyyətli orqan X2 AR İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. X1 AR İXM-nin 328.3-cü maddəsi ilə 200,0 manat məbləğində cərimə edilməsi haqqında AR DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli EQ 15834224 nömrəli qərarı qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar