Məhkəmə qərarları › İş №3(036)-964/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-964/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-964/2023 19.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi X8, X1, zərərçəkmiş şəxs X4 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə İmişli rayonu, Aranlı kəndində həmkəndlisi X5 aldadaraq 478 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, İmişli Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinə uyğun deyildir və inzibati xəta haqqında protokolun tərtib edilməsi qaydasına düzgün əməl edilmədən tərtib edilərək baxılmaq üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə özünü təqsirli bilmir. Belə ki, X9 xx.xx.2023-cü il tarixdə İmişli rayonu, Aranlı kəndində ondan borc pul istəmişdir. Onun özündə pul olmadığına görə bu barədə həmkəndlisi Fərahim adlı diş həkiminə bildirmişdir. Sonuncu isə girov əşya müqabilində borc pul verməsinə razı olmuşdur. Odur ki, X4 övladı Elvin Namazov ilə görüşüb 1 ədəd 4.85 qram qızıl üzüyü və 1 ədəd 2.5 qram qızıl qolbağını girov kimi götürüb, əvəzində 100 manat borc pul vermişdir. Lakin, Elxan Namazov qeyd olunduğu vaxtda borc pulu qaytarmadığından, Fərahim qızılları başqa şəxsə satıb, ona qaytarılmalı olan pulu götürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhhəti ilə əlaqədar ona vacib pul lazım olduğuna görə həmkəndlisi Şəxs borc pul istəmiş, sonuncu isə borc pulu qızıl-zinət əşyalarını girov götürməklə 20 faizlə sələmə verdiyini bildirmişdir. O, 1 ədəd 4.85 qram qızıl üzük və 1 ədəd 2.5 qram qızıl qolbağını girov olaraq Şəxs vermiş və ondan sələmə 100 manat borc pul almışdır. Sonradan borc aldığı 100 manat pulu qaytarmasına baxmayaraq Şəxs onun qızıl-zinət əşyalarını qaytarmamış və müxtəlif bəhanələr gətirərək qaytarmaqdan qəsdən yayınmışdır. Ona görə də, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin haqqında qanunvericiliyin tələbinə əsasən tədbir görülməsini və 1 ədəd 4.85 qram qızıl üzük və 1 ədəd 2.5 qram qızıl qolbağının naturada qaytarılmasını və ya həmin əşyaların hazırkı dəyərinin alınıb verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş İmişli Rayon Polis X3 xx.xx.2023-cü il tarixdə cinayət işinin rədd edilməsi barədə qərarı ilə müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə İmişli rayonu Aranlı kənd ərazisində yerləşən “Al Market”-in yaxınlığında X6 borca verdiyi 100 manatın əvəzində ondan girov saxlamaq adı ilə aldığı 1 ədəd 4.85 qram qızıl üzük və 1 ədəd 2.5 qram qızıl qolbağını müxtəlif bəhanələrlə dələduzluq yolu ilə talamışdır. Təhqiqat materiallarına zərərçəkmiş şəxs X7 məxsus olan 1 ədəd 4.85 qram qızıl üzük və 1 ədəd 2.5 qram qızıl qolbağının fotoşəkilləri əlavə edilmişdir. Lakin, iş materialları ilə həmin fotoşəkillərin zərərçəkmiş şəxs X4 tələb etdiyi və girov olaraq Şəxs verilmiş qızıl-zinət əşyalarının olması müəyyən deyildir. İş materiallarında bu barədə heç bir sübut mövcud deyildir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, 1 ədəd 2.5 qram qızıl qolbağının qiyməti 430 manat təşkil edir. Ancaq, təhqiqat orqanı tərəfindən 1 ədəd 2.5 qram qızıl qolbağının qiyməti 230 manat kimi dəyərləndirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında göstərdi ki, 1 ədəd 4.85 qram qızıl üzük və 1 ədəd 2.5 qram qızıl qolbağını bir neçə il əvvəl almışdır və hazırda həmin qızılların dəyəri təhqiqat orqanı tərəfindən qiymətləndirildiyi kimi 1 ədəd 4.85 qram qızıl üzüyün qiyməti 268 manat və 1 ədəd 2.5 qram qızıl qolbağın qiyməti 230 manat deyil, daha yüksək qiymətlə alqı-satqısı reallaşdırılır. Təhqiqat orqanı tərəfindən həmin qızıl-zinət əşyalarının qiyməti barədə məhkəmə qiymətləndirmə-əmtəəşünaslıq ekspertizası təyin edilib müvafiq rəy alınmamış və əmlakların hazırkı vəziyyətdə real dəyəri müəyyənləşdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Təhqiqat orqanı 1 ədəd 4.85 qram qızıl üzüyün qiymətini 268 manat və 1 ədəd 2.5 qram qızıl qolbağın qiymətini 230 manat kimi qiymətləndirdiyi halda, hansı əsasla inzibati xəta haqqında protokol tərtib olunarkən həmin qızıl-zinət əşyalarının cəmi dəyərinin 478 manat qeyd olunması qeyri- müəyyəndir. Bundan əlavə, inzibati xəta haqqında protokol tərtib olunarkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı alınmamış və inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar əlavə olunmamışdır. Məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən qeyd olunan ziddiyyətli hallar araşdırılmamış, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və “Fərahim” adlı şəxsin girov müqabilində borc pul verməsi və ya sələmə müəyyən faizlə borc pul verməsi fəaliyyəti ilə məşğul olması, bu fəaliyyətin qanunilyi araşdırılmamış və həmin xüsusatlara hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İmişli Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilərək, baxılması üçün məhkəməyə göndərildiyinə görə, inzibati xəta haqqında işə mahiyyəti üzrə tam və obyektiv baxılması mümkün deyildir və bu səbəbdən də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair İmişli Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan geri qaytarılsın. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar