Məhkəmə qərarları › İş №3(036)-97/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-97/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-97/2024 05.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, tələbkar X2, inzibati xəta törətmiş şəxs Şəxs, İmişli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə, xx.xx.1973-cü ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işsiz, İmişli şəhəri, İ.Əliyev küçəsi ev 27-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 19 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-365/2023 saylı icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə izahat verərək göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-365/2023 saylı icra sənədi üzrə tələbkara 10075 manat borcu vardır. Maddi imkanı olmadığına görə tələbkara olan borcunu ödəyə bilməmişdir. Tələbkara borcunu hissə-hissə ödəməyi təklif etmiş, lakin tələbkar onunla razılaşmamışdır. Maddi imkanı yaxşılaşdıqdan sonra icra sənədinin icrasını təmin edəcəkdir. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar X2 məhkəmədə izahat verərək göstərdi ki, Şəxs icra sənədi üzrə ona olan 10075 manat məbləğində borcunu ödəmir. Hər dəfə bir bəhana edir. İcra sənədinin hissə-hissə icra edilməsi ilə bağlı aralarında heç bir razılaşma yoxdur. Odur ki, nəzərə alınmasını və borclunun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İmişli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X7 izahat verərək göstərdi ki, borclu Şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-365/2023 saylı icra sənədinin icrası üçün heç bir təşəbbüs göstərməmiş, əksinə icra məmurunun çağırışlarına gəlməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda borclunun tələbkara 10075 manat məbləğində ödənilməyən borcu vardır. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq icra sənədinin icrasından yayınmışdır. Bu səbəbdən də borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, borclunun tənbeh olunmasını məhkəmədən xahiş edir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-365/2023 saylı icra sənədi ilə müəyyən olur ki, Şəxs 10075 manat məbləğində pul tutulub X1 ödənilməlidir. İmişli rayon icra və probasiya şöbəsinin böyük icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranın könüllü olaraq təmin edilməsi təklif edilmişdir. xx.xx.2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş ilə borcluya tələbin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-365/2023 saylı icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra olunmamış və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Ona görə də, Həsənov X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 750 (yeddi yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar