Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-976/2023 12.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, xx.xx.1981-ci il tarixdə anadan olmuş AR vətəndaşı, evli,İmişli rayonu Xəlfəli bələdiyyəsinin sədri vəzifəsində işləyən və İmişli rayonu Kürsmahmudlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə olan olan xx.xx.2023-cü il tarixli ******* və xx.xx.2023-cü il tarixli ******* nömrəli “ inzibati xəta haqqında” protokol üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 549.2-ci maddəsi ilə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “inzibati xəta haqqında” protokol ondan ötrü tərtib edilmişdir ki, o, İmişli rayonu Xəlfəli bələdiyyəsnin mütləq təqdim edilməli olan xx.xx.2023-cü il tarixli, 07 saylı iclas protokolunu bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana beş iş günündən gec göndərmişdir. Şəxs barəsində AR İXM-nin 549.2-ci maddəsi ilə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “inzibati xəta haqqında” protokol ondan ötrü tərtib edilmişdir ki, o, İmişli rayonu Xəlfəli bələdiyyəsnin mütləq təqdim edilməli olan xx.xx.2023-cü il tarixli, 06 saylı iclas protokolunu bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana beş iş günündən gec göndərmişdir. İmişli rayonu Xəlfəli bələdiyyəsinin sədri Şəxs göstərmişdir ki, İmişli rayonu Xəlfəli bələdiyyəsnin xx.xx.2023-cü il tarixli, 07 saylı və xx.xx.2023-cü il tarixli, 06 saylı iclas protokolunun İmişli regional ədliyyə idarəsinə qanunda nəzərdə tutulan müddət ərzində poçt vasitəsilə göndərilməməsi həmin sənədlərin elektron qaydada göndərilməli olması ilə əlaqədar olmuşdur. Lakin elektron qaydada göndərmə həyata keçirilmədiyi üçün sənədlər sonradan poçt vasitəsilə göndərilmişdir. İşdə olan İmişli rayonu Xəlfəli bələdiyyəsnin xx.xx.2023-cü il tarixli, 07 saylı iclas protokolunun surətinə əsasə bələdiyyə büdcəsinə daxil olan dotasiyanın 3185,0 manatı əmək haqqına, 15 manatın xərclərə sərf edilməsi qərara alınmışdır. İşdə olan İmişli rayonu Xəlfəli bələdiyyəsnin xx.xx.2023-cü il tarixli, 06 saylı iclas protokolunun surətinə əsasə bələdiyyə mülkiyyətində olan 8,0 ha torpaq sahəsinin heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 15 il müddətinə icarəyə verilməsi üçün hər hektarı 60,0 manat olmaqla təkrar hərraca çıxarılması qərara alınmışdır. İşdə olan materiallardan görünür ki, İmişli rayonu Xəlfəli bələdiyyəsnin xx.xx.2023-cü il tarixli, 07 saylı iclas protokolu xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixli, 06 saylı iclas protokolu isə xx.xx.2023-cü il tarixdə İmişli regional ədliyyə idarəsinə göndərilmişdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında AR Qanunun 6.1.2-ci maddəsinə əsasən ...... inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Həmin Qanunun 6.1.3-cü maddəsinə əsasən ...... inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktları qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İmişli rayonu Xəlfəli bələdiyyəsnin sədri Şəxs bələdiyyənin xx.xx.2023-cü il tarixli, 07 saylı və xx.xx.2023-cü il tarixli, 06 saylı iclas protokolunun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana (İmişli regional ədliyyə idarəsinə ) beş iş günündən gec göndərməklə AR İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, o, AR İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. AR İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs müxtəlif vaxtlarda törətdiyi inzibati xətaların hər biri AR İXM-nin 549.2-ci maddəsinin tərkib əlamətləri ilə əhatə olunduğundan o, İXM-nin müvafiq maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1, 115, 117 və 130 –cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə təqsirli bilinib 400 ( dörd yüz) manat cərimə edilsin. Qərardan 10(on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(036)-976/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-976/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver