Məhkəmə qərarları › İş №3(036)-98/2021

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-98/2021

11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-98/2021 11.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxxxx 1991-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli şəhəri, Araz küçəsi, ev 1 ünvanda qeydiyyatda olan və yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 22:00 radələrində İmişli şəhəri, S.Həmzəyev küçəsi, ev 31 ünvanda yaşayan Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətindən 2 (iki) ədəd hind toyuğunu oğurlayaraq, sonuncuya 80-90 AZN məbləğində maddi zərər vurmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, valideynləri ilə birlikdə İmişli şəhəri, Araz küçəsi, ev 1 ünvanda yaşayır. Baş vermiş hadisə barədə qeyd edir ki, xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 22:00 radələrində İmişli şəhəri, S.Həmzəyev küçəsi, ev 31 ünvanda yerləşən Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətindən 2 (iki) ədəd hind toyuğunu oğurlamışdır. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bununla yanaşı bildirir ki, ilk dəfə inzibati xəta əməli törədir, baş vermiş hadisə nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi zərəri tam şəkildə ödəmiş, gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək və qanunlara əməl edəcək. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində Qanunvericiliklə nəzərdə tutulmuş qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, S.Həmzəyev küçəsi, ev 31 ünvanda yaşayır. Baş vermiş hadisə barədə qeyd edir ki, xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 22:00 radələrində yaşadığı İmişli şəhəri, S.Həmzəyev küçəsi, ev 31 ünvanda yerləşən fərdi yaşayış evinin həyətindən 2 (iki) ədəd hind toyuğu oğurlanmışdır. Daha sonra o, bu barədə ərizə ilə İmişli Rayon Polis Şöbəsinə müraciət edərək, məlumat vermişdir. Sonrada məlum olmuşdur ki, onun yaşadığı evin həyətindən 2 (iki) ədəd hind toyuğunu İmişli şəhər sakini Şəxs oğurlamışdır. Buna baxmayaraq, o, Şəxs ona dəymiş maddi zərəri tam ödəməsini, eləcə də, cavan olmasını nəzərə alaraq, onu bağışlayır, onun ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün İmişli Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Bəhruz Zülfiqarov tərəfindən Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün İmişli Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan MN ******* №-li, xx xxxxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 22:00 radələrində İmişli şəhəri, S.Həmzəyev küçəsi, ev 31 ünvanda yaşayan Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətindən 2 (iki) ədəd hind toyuğunu oğurlayaraq, sonuncuya 80-90 AZN məbləğində maddi zərər vurmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, baş vermiş hadisə nəticəsində dəymiş maddi zərər inzibati xəta törətmiş şəxs Şəxs tərəfindən tam şəkildə ödənilmiş, onun ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi yoxdur və məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan inzibati xəta törətmiş şəxs Şəxs xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizəsinə etiraz etmir və məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyi və zərərçəkmiş şəxs ilə barışdığı üçün o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətdən azad edilməli və barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.10-cu maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyi və zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya İmişli Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar