Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-983/2024 29.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclası katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən şəxs İmişli Rayon Polis X4 Bölməsinin sahə rəisi polis mayoru X8, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə İmişli rayonu, Qızılkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Qızılkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixində həmkəndlisi X5 döymüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirmişdir ki, hazırda İmişli rayonu, Qızılkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. X2 barəsində Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və İmişli RPŞ-sinə vermiş olduğu məlumatla tanış olmuş, həmin məlumatla bağlı qeyd edir ki, Kamal onun həmkəndlisidir, onunla münasibəti həmişə yaxşı olub, onunla birgə yaşadığları kənd ərazisində ərzaq mağazası var. O, həmin mağazadan daimi olaraq alver edir, Kamalın mağazasına 175 manat borcu olduğunu göstərmişdir, maddi vəziyyəti yaxşı olmadığına görə onun mağazasına olan borcunu ödəyə bilməmişdir. xx.xx.2024-cü il tarixində saat 19:00 radələrində Kamalın mağazasının qarşısından keçdiyi vaxt Kamal onu çağırıb mağazaya dəvət etdiyinə görə o, mağazaya daxil olmuşdur. Kamal ondan mağazasına olan borcunu verməyi tələb etmiş, o, isə Kamala yaxın zamanda ona olan borcunu bağlayacağını bildirmişdir. Həmin vaxt Kamal onun üstünə qışqırdığına görə onunla mağazada aralarında sözlü mübahisə yaranmışdır. Kamal Şəxs ona olan borcunu ödəmədiyi halda evinə gəlib əlinə keçəni aparacağını bildirdiyinə görə Şəxs ona iradlarını bildirmişdir. Həmin vaxt mağazada olan Kamalın azyaşlı Rahil adlı oğlu atası Kamaldan onunla mübahisə etməməyi xahiş etdimişdir. Həmin vaxt o, Kamala mağazadan çıxmağı və mağazanın qarşısında dayanmış onun avtomobilinə əyləşib birlikdə söhbət etməyini təklif edib və mağazadan çıxıb Kamalın avtomobilinə tərəf hərəkət etməyə başlamışdır. O, avtomobilə çatanda Kamal onu boynunun arxa tərəfindən yumruqla vurduğuna görə Şəxs ona tərəf çevrilmiş və onunla əlbəyaxa olmuşlar. Onu yumruqla bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə vurduğunu bildirmişdir. Həmin vaxt Kamal ilə aralarında təxminən 2-3 dəqiqəyə yaxın müddətdə dava-dalaş olub. Ondan sonra o, Kamaldan ayrılıb evə getmişdir. Kamal onu vurduğuna görə DİN-in 102 xidmətinə zəng edib polisə Kamalın Şəxs döyməsi barəsində məlumat vermişdir. Həmin vaxt Kamalın azyaşlı oğlu Rahili vurmamış və Rahilin hansı şəraitdə xəsarət alması barəsində heç bir məlumatı olmamışdır. X1 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində saat 19:00 radələrində həmkəndlisi Şəxs onun yaşadığı İmişli rayonu, Qızılkənd kəndində yerləşən ona məxsus ərzaq mağazasının qarşısına gəlmişdir. O, ondan mağazaya olan 175 manat məbləğində borcunu verməyini xahiş etmişdir. O isə hər dəfə olduğu kimi bəhanələr gətirib borcu veməkdən boyun qaçırdığına görə o, ona pula ehtiyacının olduğunu və ona görədə ondan həmin borcu qaytarmağını tələb etməy məcburiyyətində qaldığını bildirib və ondan xahiş edib ki, heyvanlarından biri satıb onun borcunu versin. Həmin vaxt Rəfail ona onun heyvanlarını satmağı təklif etdiyinə görə iradını bildirmiş və beləliklə onunla aralarında mübahisə yaranmışdır. Ondan sonra Rəfail ona avtomobilə minib kənara getməyini və onunla təklikdə söhbət etməyini tələb edib və ona məxsus avtomobilin qapısını açmağa cəhd etdiyinə görə o, ona yaxınlaşıb onun avtomobilinin qapısını açmağa cəhd etdiyinə görə ona iradlarını bildirmişdir. Həmin vaxt Rəfail onun üstünə cumub və onun boyun nahiyyəsindən yumruqla zərbələr vurmuşdur. Həmin vaxt mağazada olan azyaşlı oğlu Rahil Gülməmmədov onlara yaxınlaşmış aralarına girib onları sakitləşdirmək istədiyi vaxt Rəfail yumruqla onun sifət nahiyyəsinə vurmuşdur. Həmin vaxt Rəfail ilə aralarında 4-5 dəqiqəyə yaxın müddətdə dava-dalaş olub. O həmin vaxt sərxoş idi və özünü idarə edə bilmədiyini göstərmişdir. Ondan sonra Rəfail oradan çıxıb getmiş və təxminən 5 dəqiqə sonra mağazaya qayıtdığına görə o mağazanın qapısını bağlamışdır. O, isə mağazanın qarşısında dayanıb ondan mağazanın qapısını açmağını tələb etdiyinə görə o, DİN-in 102 xidmətinə zəng edərək Rəfailin onu və azyaşlı oğlunu döyməsi barəsində polisə məlumat vermişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X4 Bölməsinin sahə rəisi polis mayoru X12 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edib əlavə olaraq inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X14 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd olunmuşdur, onun Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin İmişli rayon polis X4 bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsin 03 avqust 2024-cü il tarixli 484 nömrəli rəyində göstərilmişdir ki, X3 aşkar edilmiş xəsarətlər-X2 bədəni üzərində heç bir xəsarət və ya xəsarətin izləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsin 03 avqust 2024-cü il tarixli 485 nömrəli rəyində göstərilmişdir ki, 2012-ci il təvəllüdlü X6 aşkar edilmiş xəsarət – alt dodağın selikli qişasında qansızma bərk küt əşyanın təsirindən törənmişdir. Müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2024-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2024-cü il tarixində həmkəndlisi X7 xəsarətlər yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Zərərçəkmiş şəxs X11 tərəfindən verilmiş ərizədən görünür ki, X11 həmin ərizəsində, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, X11 ilə barışmış və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X9 xəsarət yetirilməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığından İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(036)-983/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-983/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver