Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-987/2023 28.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və icra məmuru X2 iştirakı ilə, xx.xx.1981-ci ildə anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, İmişli rayonu, Muradxanlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İХМ-nın 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq MÜƏYYƏN ETDİ : Şəxs barəsində АR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, o, tələbkar X3 xeyrinə 103 qram çəkidə qızıl-zinət əşyalarının dəyərini təşkil edən 9785 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun ödəməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-3025/2021 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, tələbkar X3 xeyrinə 103 qram çəkidə qızıl-zinət əşyalarının dəyərini təşkil edən 9785 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-3025/2021 saylı icra sənədi üzrə tələbi tam şəkildə ödəməməsi üzürsüz səbəbdən deyil, maddi imkanının olmaması ilə əlaqədar olmuşdur. Borc məbləğinin hissə-hissə ödənilməsi barədə təklifi qəbul edilməmişdir. X4 indiyədək 1800,0 manat ödəyərək cəmi 7985,0 manat borclu qalmışdır. Yeganə qazanc mənbəyi evlərdə təmizlik işlərinin görülməsindən əldə etdiyi məbləğlər olsa da, hal-hazırda qolunun sınması ilə əlaqədar işləyə bilmir. X1 aldığı qızıl-zinət əşyalarını naturada qaytarmaq sərfəli olduğundan onunla bu barədə razılaşmaq niyyətindədir. Başqa gəlirləri və qiymətli əmlakları olmadığından borcun qaytarılmamasında təqsiri yoxdur. Ona görə də, barəsində АR İXM-nin 528.1-ci maddəsi iləolan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İcra işinin materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-3025/2021 saylı icra sənədi xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmiş və könüllü icra üçün müəyyən edilmiş müddətdə tələb təmin edilməmişdir. Həmin icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən görülmüş tədbirlər nəticəsində tələb cəmi 1800 manat ödənilmişdir. Borclu Şəxs tələb yönələ biləcək gəlirləri və qiymətli əmlakları aşkar edilməmişdir AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs şəxsiyyətini və əmlak vəziyyətini nəzərə alıb barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500,0 ( beş yüz) manat cərimə olunsun. . Qərarın icrası İmişli rayon İPŞ-ə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hаkim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(036)-987/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-987/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver