Məhkəmə qərarları › İş №3(036)-987/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-987/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-987/2024 04.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar "xxxx" QSC-nin nümayəndəsi X5, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1962-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İmişli rayon Məmmədli Bələdiyyəsinin sədri vəzifəsində işləyən, İmişli rayonu, Əlyetməzli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2(036)-5562/2016 saylı, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)- 1066/2018 saylı, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(036)-2106/2020 saylı, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-207/2023 saylı, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-1489/2023 saylı və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1334/2024 saylı icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 bildirmişdir ki, Şəxs məhkəmə qətnamələrini icra məmurunun təyin etdiyi müddətdə heç bir üzrlü səbəblər olmadan icra etməmişdir. Belə ki, Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2(036)-5562/2016 saylı, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-1066/2018 saylı, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(036)-2106/2020 saylı, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-207/2023 saylı və İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-1489/2023 saylı icra sənədləri üzrə məhkəmənin müəyyən etdiyi borc məbləğlərindən heç bir ödəniş etməmiş, yalnız Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1334/2024 saylı icra sənədi üzrə cəmi 345 manat ödəniş etmişdir. Borclu Şəxs dəfələrlə icra və probasiya şöbəsinə dəvət olunaraq icra sənədlərinin icrasının təmin edilməsi tələb edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərinə əməl etməyərək heç bir üzrlü səbəblər olmadan icra sənədlərini vaxtında və tam icrasını təmin etməmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Odur ki, borclunun barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Tələbkar "xxxx" QSC-nin nümayəndəsi X9 izahatında bildirmişdir ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(036)-2106/2020 saylı icra vərəqəsi üzrə bu günədək heç bir ödəniş etməmiş, icra sənədi icrasız qalmışdır. Odur ki, borclunun barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi Atabəy Zahidov izahatında bildirmişdir ki, borclu Şəxs Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)- 1334/2024 saylı icra vərəqəsi üzrə bu günədək heç bir ödəniş etməmiş, icra sənədi icrasız qalmışdır. Odur ki, borclunun barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məkhəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, İmişli rayon Məmmədli bələdiyyəsinin sədri vəzifəsində işləyir, aylıq əmək haqqı 345 manat təşkil edir. Bələdiyyənin balansında pul olmadığı üçün əmək haqqını vaxtında ala bilmir. Aldığı əmək haqqı isə ailəsinin dolanşacağına belə yetmir. Başqa heç bir yerdən də gəliri yoxdur. Maddi durumu aşağı olduğundan icra sənədlərinin icrasını təmin edə bilmir. Odur ki, qeyd olunanların üzrlü səbəb kimi qəbul edilməklə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(036)-5562/2016 saylı icra sənədindən görünür ki, borclu Şəxs cəmi 486,92 ABŞ dollar borc və ödənlmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-1066/2018 saylı icra sənədindən görünür ki, borclu Şəxs 5472 məbləğində borc və ödənlmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilmədir. İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(036)-2106/2020 saylı icra sənədindən görünür ki, borclu Şəxs cəmi 979,94 manat və 79.50 ABŞ dolları borc, həmçinin ödənlmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-207/2023 saylı icra sənədindən görünür ki, borclu Şəxs cəmi 1827,63 manat borc tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-1489/2023 saylı icra sənədindən görünür ki, borclu Şəxs cəmi 23190 manat borc və ödənlmiş dövlət rüsumuna görə 159.57 (yüz əlli doqquz manat, əlli yeddi qəpik) manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1334/2024 saylı icra sənədindən görünür ki, borclu Şəxs cəmi 12791,46 manat borc tutularaq “X4 Birliyi” MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli icraata başlamaq barədə qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(036)-5562/2016 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin bildirişi Şəxs xx.xx.2017-ci ildə rəsmi qaydada imzalamaqla qəbul etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icraata başlamaq barədə qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-1066/2018 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin bildirişi Şəxs xx.xx.2019-cu ildə rəsmi qaydada imzalamaqla qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-cu il tarixli icraata başlamaq barədə qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(036)-2106/2020 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin bildirişi Şəxs xx.xx.2020-cı ildə rəsmi qaydada imzalamaqla qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq barədə qərardan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)- 207/2023 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin bildirişi Şəxs xx.xx.2023-cü ildə rəsmi qaydada imzalamaqla qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq barədə qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-1489/2023 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin bildirişi Şəxs xx.xx.2023-cü ildə rəsmi qaydada imzalamaqla qəbul etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq barədə qərardan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 1334/2024 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin bildirişi Şəxs xx.xx.2024-cü ildə rəsmi qaydada imzalamaqla qəbul etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2(036)-5562/2026 saylı, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-1066/2018 saylı, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(036)-2106/2020 saylı, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-207/2023 saylı və İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-1489/2023 saylı icra sənədləri üzrə məhkəmənin müəyyən etdiyi borc məbləğlərindən heç bir ödəniş etməmiş, yalnız Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1334/2024 saylı icra sənədi üzrə cəmi 345 manat ödəniş etmişdir. Borclu Şəxs dəfələrlə icra və probasiya şöbəsinə dəvət olunaraq icra sənədlərinin icrasının təmin edilməsi tələb edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərinə əməl etməyərək heç bir üzrlü səbəblər olmadan icra sənədlərinin vaxtında və tam icrasını təmin etməmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni indiyədək tələbi tam icra etməməsi, həmçinin icra məmurunun icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs icra sənədi üzrə ödəniş etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddələrinə əsasən X1 məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar