Məhkəmə qərarları › İş №3(036)-99/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-99/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-99/2024 19.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, xx.xx.1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Salamət oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan izibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Salamət oğlunun barəsində ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, o, xx.xx.2024-cü il tarixdə axşam vaxtı İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yaşayan X1 həyətindən 95 manat dəyətində alüminium məhəccəri gizli yolla talamışdır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Salamət oğlu özünü inzibati xəta törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yaşayır və heç yerdə işləmir. xx.xx.2024-cü il tarixdə axşam vaxtı tanışı X3 ilə birlikdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yaşayan X1 həyətinə gizli şəkildə daxil olmuş və alüminium məhəccəri oğurlayaraq İmişli şəhərində fəaliyyət göstərən metal qəbulu məntəqəsinə aparıb cəmi, 35 manata satmış və əldə edilmiş pulu öz aralarında bölmüşlər. Şəxs Salamət oğlu daha sonra izahatında əməlindən peşman olduğunu ifadə edib bundan sonra qanunsuz hərəkətlərdən çəkinəcəyini vəd etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 014120 nömrəli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs Salamət oğlu həmin gün saat 22-30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Salamət oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs Salamət oğlunun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə deyil, inzibati həbs növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Salamət oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 1 (bir) ay müddətində inzibati qaydada həbs edilsin. Həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 22-30-dan hesablansın. Qərarın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar