Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-994/2023 23.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, tələbkar X2, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1992-ci ildə İmişli rayonu, Qaradonlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İmişli rayonu, Qaradonlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(036)-4918/2017 saylı icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə əvvəlki iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(036)- 4918/2017 saylı icra sənədini qəsdən deyil, maddi imkanının ağır olması, heç bir yerdə işləməməsi, əlavə qazanc yerinin olmaması səbəbindən icra edə bilməmiş, icra məmurunun bütün çağırışlarına vaxtında gələrək qanuni tələblərini yerinə yetirmişdir. Çalışdığı qədər alimenti vaxtında ödəyir. Bəzən hissə-hissə, bəzənsə qohum-tanışdan borc alaraq aliment ödənişini gecikdirmir. Hazırda özünü inzibati xəta törətməkdə təqsirli bilir və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X6 izahat verərək göstərdi ki, borclu Əliyev X5 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(036)-4918/2017 saylı icra sənədini icra etməmiş, borclu olduğu pul vəsaitinin ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə iclasında tələbkar X2 izahat verərək göstərdi ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(036)-4918/2017 saylı icra sənədinə əsasən Şəxs hər ay uşağın saxlanması üçün 120 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunana kimi ödəməli olduğu alimenti vaxtlı vaxtında ödəməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda borclu tərəfindən onun xeyrinə olan aliment borcuna dair ödənişlər həyata keçirilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(036)-4918/2017 saylı icra sənədi ilə müəyyən olur ki, borclu Şəxs xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı könüllü olaraq təmin edilməsi təklif edilmişdir. xx.xx.2017-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş ilə borcluya tələbin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmişdir. İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarxli qərarı ilə borclu Şəxs barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. İşdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi barədə, yəni borclunun adına hər hansı bir əmlakın, bank hesablarının, tələbin borclunun yönəldilə biləcək əmək haqqının və sair gəlirlərinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində icra tədbirləri görmüş, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə baxışında borclu Şəxs tərəfindən 880 manat aliment borcu tələbkar X1 xeyrinə tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin Qeyd hissəsndə göstərilmişdir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdiyinə görə inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 135, 130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-994/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-994/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver