Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-1/2021 02.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 iştirakı ilə X3 Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X11 xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X7 məhkəməyə müraciət edərək Bakı şəhər Dövlət X11 polis mayoru X5 tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən Əlibaba Əliyev məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, o, İsmayıllı şəhərində yaşayır və “Daimler Chrysler C180” markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx xxxxxxxx 2020-ci il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri Həsən Əliyev küçəsində hərəkətdə olarkən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə barəsində İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Həmin protokol qanunsuz olaraq tərtib edildiyindən aidiyyəti üzrə yuxarı inzibati orqanlara dəfələrlə şikayətlə ünvanlamışdır. Lakin etdiyi şikayətlər heç bir nəticə verməmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə həmin protokol əsasında barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra həmin qərarın qanunsuzluğu və qeyd edilən qərardan məhkəməyə müraciət edilməsi mnəqsədi ilə qərarın surətinin ona təqdim edilməsi barədə aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə müraciətlər ünvanlamışdır. Lakin həmin qərar ona təqdim edilməmişdir. Sonuncu dəfə xx xxxxxxx 2020-ci il tarixli elektron poçt vasitəsi ilə cavab məktubu göndərilmişdir. Həmin cavab məktubu ona xx xxxxxx 2020-ci il tarixində çatmışdır, lakin həmin məktuba da qərar əlavə edilməmişdir. İnzibati tənbeh tətbiq edilməsi barədə qərar ona rəsmi qaydada verilməsə belə elektron sistemdə dəbbə pulu hesablandığını görmüşdür. O, qeyd olunan inzibati xətanı törətməmişdir. xx.xx.2020-ci il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri Həsən Əliyev küçəsində hərəkətdə olarkən mobil telefondan istifadə etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyi halda, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək 50 (əlli) manat miqdarında inzibati cərimə edilmişdir. Ona görə də Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X12 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və tələb olunan sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X11 nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X11 yol patrul xidməti inspektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis X1 ünvanlandığı xx xxxxxxx 2020-ci il tarixli 046-561752-42 saylı məktubdan görünür ki, Əlibaba Əliyevin yol hərəkəti qaydasını pozması patrul avtomobilində quraşdırılmış xüsusi texniki vasitələrlə qeydə alınmış görüntü və səs yazısı ilə öz təsdiqini tapması qeyd edilmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X11 polis mayoru X5 tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X3 “Daimler Chrysler C180” markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Həsən Əliyev küçəsində nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi və həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək 50 (əlli) manat miqdarında inzibati cərimə edildiyi qeyd edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və X3 izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. X7 hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X11 xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Həsən Əliyev küçəsində nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə etmədiyini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi inzibati məsuliyyətə cəlb olunmuş şəxs qanunvericiliyin tələblərinə əsasən öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin yol hərəkəti qaydalarının pozulması ilə bağlı hər hansı inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi Yol Patrul Xidməti əməkdaşının üzərinə düşür. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni zamanda, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübut edilməlidir. Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X13 tərəfindən isə xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni və əsaslı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Dəfələrlə işin baxılması vaxtı və yeri barədə Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X12 rəsmi məlumat verilsə də idarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iş materiallarında olan X4 ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli 046-561752-42 saylı məktubda qeyd olunan Əlibaba Əliyevin yol hərəkəti qaydasını pozmasını təsdiq edən patrul avtomobilində quraşdırılmış xüsusi texniki vasitələrlə qeydə alınmış görüntü və səs yazısı məhkəməyə göndərilməmişdir. X3 xx.xx.2020- ci il tarixdə Bakı şəhəri Həsən Əliyev küçəsində olduğu və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi məhkəmə iclasında da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə qeyd olunan hüquq normasının tələblərini rəhbər tutaraq və tədqiq olunmuş mümkün və mötəbər sübutlara tam, hərtərəfli və məcmu halında qiymət verərək qərara gəlir ki, Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsini təsdiq edəcək sübutları təqdim etmədiyindən və onun inzibati xəta hadisəsini törətməsi iş materialları ilə sübuta yetirilmədiyindən X3 barəsində qəbul edilən xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X13 tərəfindən isə xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-1/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-1/2021
02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver