Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-100/2022 23.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1995-ci il tarixdə İsmayıllı rayonu Qubaxəlilli kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 23 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və 10.02.2022ci il tarixdə Qəbələ rayon Mərkəzi Xəstəxanasında müayinədən keçən zaman onun analizindən narkotik vasitə olan marixuana qalıqları aşkar olunması faktı üzrə İsmayıllı rayon X4 Qrupunun təhqiqatçısı Səfa Əsgərovun 19 fevral 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 23 fevral 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 izahatında göstərdi ki, daxil olmuş məlumat əsasında Şəxs narkotik vasitə qəbul edib-etmədiyini müəyyən etməkdən ötrü Qəbələ rayon Mərkəzi Xəstəxanasının narkoloji dispanserindən müayinədən keçirilmiş və onun narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir. Lakin onun əməlində cinayət tərkibi olmadığından 19.02.2022-ci il tarixdə barəsində cinayət işinin başlanılması rədd edilmiş və barəsində onun tərəfindən inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir və Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, İsmayıllı rayonu Qubaxəlilli kəndində yaşayır. Yanvar ayının əvvəllərində yaşadığı kəndin küçəsində siqaret kağızında az miqdarda marixuana tapmışdır. Həmin marixuananı heç kimə demədən gələcəkdə istifadə etmək üçün özündə saxlamışdır. Fevral ayının əvvəllərində həmin marixuanadan iki dəfə istifadə etmişdir. Qonşusu ondan şikayət etdiyi üçün polis əməkdaşları onu müayinədən keçirmiş və narkotik vasitə istifadə etməsi müəyyən olmuşdur. Hazırda əməlində peşmandır və bir daha narkotik vasitədən istifadə etməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanunda nəzərdə tutulmuş daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qəbələ rayon Mərkəzi Xəstəxanasının PHŞ-nin 10.02.2022-ci il tarixli 37 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı İsmayıllı rayonunun Qubaxəlilli kənd sakini xx.xx.1995-ci il təvəllüdlü Şəxs marixuana və psixotrop maddələrdən istifadə etməsi müəyyən edilmiş və ona yüngül dərəcə narkotik maddə sərxoşluğu diaqnozu qoyulmuşdur. İsmayıllı rayon X4 Qrupunun təhqiqatçısının 19 fevral 2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan barəsində olan materiallar inzibati tədbir görülməsindən ötrü İsmayıllı rayon Polis Şöbəsinin X1 göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 2022-ci ilin fevral ayı ərzində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitə olan marixuanadan istifadə etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.14-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 300 (üç yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-100/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-100/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver