Məhkəmə qərarları › İş №3(037)-100/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-100/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-100/2023 07.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X2 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli,işləməyən, İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 07 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəki Apellyasiya Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qətnaməsi üzrə verilmiş, 02 fevral 2022-ci il tarixli 2 (107) – 2125 / 2021 saylı icra vərəqəsinə əsasən ümumlikdə 8835 (səkkiz min səkkiz yüz otuz beş) manat dəyərində cehiz əmlakları, həmin əmlaklar olmadıqda onların dəyəri, 4190 (dörd min yüz doxsan) manat dəyərində qızıl əşyaları, həmin qızıl əşyaları olmadıqda onların dəyəri, plastic kartdan çıxarılmış 1200 (min iki yüz) manat pul və birgə nikah dövründə əldə olunmuş əşyalarını dəyərinin yarısı 1175 (min bir yüz yetmiş beş) manatın Şəxs alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan cəmi 5035 (beş min otuz beş) manat məbləğ ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 24 fevral 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Belə ki, borclu ötən müddət ərzində ümumlikdə 8835 (səkkiz min səkkiz yüz otuz beş) manat dəyərində cehiz əmlaklarını tam şəkildə tələbkara təhvil vermişdir. Bundan başqa 4190 (dörd min yüz doxsan) manat dəyərində qızıl əşyalarından, 1530 (min beş yüz otuz) manat dəyərində qızıl-zinət əşyalarını tələbkara təhvil vermişdir. Lakin 2660 (iki min altı yüz altmış) məbləğində dəyərində qızıl əşyaları, plastic kartdan çıxarılmış 1200 (min iki yüz) manat məbləği və birgə nikah dövründə əldə olunmuş əşyalarını dəyərinin yarısı 1175 (min bir yüz yetmiş beş) manatın ödənilməsini təmin etməmişdir. İcra sənədi icraatda olduğu müddət ərzində müvafiq orqanlara sorğular göndərilmiş, ancaq borcluya məxsus, tələbin yönəldilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu Şəxs icra vərəqisnin icrasından boyun qaçırdığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, icra vərəqəsinin icrasından boyun qaçırmır. İcra vərəqəsində qeyd olunan 8835 (səkkiz min səkkiz yüz otuz beş) manat dəyərində cehiz əmlaklarını tam şəkildə tələbkara təhvil vermişdir. Hazırda borclu olduğu 5035 (beş min otuz beş) manat borcundan 1700 (min yeddi yüz) manatını tələbkarın nümayəndəsinə ödəmişdir. Bundan başqa tələbkar və onun nümayəndəsi birgə nikah dövründə əldə olunmuş əşyalarını dəyərinin yarısı 1175 (min bir yüz yetmiş beş) manatın ödənilməsini ondan tələb etmir və həmin puldan imtina etmişlər. Maddi imkanı ağırdır. Buna baxmayaraq icra vərəqəsinin icrasını təmin etməyə çalışır. Bundan başqa Zərərçəkmiş şəxs ilə nikahları pozularkən uşaqların biri onun digəri isə anasının yanında saxlanılmışdır. O, ananın yanında qalan uşağa aylıq aliment ödəyir. Heç yerdə işləmir. Onun icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırmaq niyyəti yoxdur. Maddi imkanı olmadığı üçün icra vərəqəsinin icrasını tam şəkildə icra edə bilməmişdir. Bundan sonra tələbkara olan 2160 (iki min yüz altmış beş) manat borcundan hər ay maddi imkanı daxilində ödənişlər edəcəkdir. Onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərəçəkmiş Zərərçəkmiş şəxs namyəndəsi Nümayəndə izahat verərək göstərdi ki, Şəxs icra vərəqəsinin bir hissəsini icra etmişdir. Hazırda Şəxs məhkəmə iclasında 5035 (beş min otuz beş) manat borcundan 1700 (min yeddi yüz) manatını ona ödəmişdir. Bundan başqa nümayəndəsi olduğu Zərərçəkmiş şəxs birgə nikah dövründə əldə olunmuş əşyalarını dəyərinin yarısı 1175 (min bir yüz yetmiş beş) manatın ödənilməsini borcludan tələb etmir. Şəxs qalan 2160 (iki min yüz altmış) manat borcundan hər ay ödəniş edəcəyini öhdəsinə götürmüşdür. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2125/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsi üzrə 02 fevral 2022-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, ümumlikdə 8835 (səkkiz min səkkiz yüz otuz beş) manat dəyərində cehiz əmlakları, həmin əmlaklar olmadıqda onların dəyəri, 4190 (dörd min yüz doxsan) manat dəyərində qızıl əşyaları, həmin qızıl əşyaları olmadıqda onların dəyəri, plastic kartdan çıxarılmış 1200 (min iki yüz) manat pul və birgə nikah dövründə əldə olunmuş əşyalarını dəyərinin yarısı 1175 (min bir yüz yetmiş beş) manatın Şəxs alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 08 fevral 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 2125/2021 saylı, 02 fevral 2022-ci il tarixdə icra vərəqəsi icraata qəbul edilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 24 fevral 2023-cü il tarixli arayışından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs hazırki vaxtadək icra vərəqəsi üzrə 8835 (səkkiz min səkkiz yüz otuz beş) manat dəyərində cehiz əmlakları və 1530 (min beş yüz) manat dəyərində qızıl-zinət əşyalarını tələbkar Zərərçəkmiş şəxs ödənilməsini təmin etmiş, lakin 5035 (beş min otuz beş) manat əmlakların ödənilməsini təmin etməmişdir. Zərərçəkmiş şəxs namyəndəsi Nümayəndə tərəfindən verilmiş 07 mart 2023cü il tarixli qəbzlərdən görünür ki, cəmi 1700 (min yeddi yüz) manat məbləğində pulu Şəxs almışdır. Zərərçəkmiş şəxs namyəndəsi Nümayəndə 07 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, birgə nikah dövründə əldə olunmuş əşyalarını dəyərinin yarısı 1175 (min bir yüz yetmiş beş) manatın ödənilməsini borclu Şəxs tələb etmir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəki Apellyasiya Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qətnaməsi üzrə verilmiş, 02 fevral 2022-ci il tarixli 2 (107) – 2125 / 2021 saylı icra vərəqəsinə əsasən ümumlikdə 8835 (səkkiz min səkkiz yüz otuz beş) manat dəyərində cehiz əmlakları, həmin əmlaklar olmadıqda onların dəyəri, 4190 (dörd min yüz doxsan) manat dəyərində qızıl əşyaları, həmin qızıl əşyaları olmadıqda onların dəyəri, plastic kartdan çıxarılmış 1200 (min iki yüz) manat pul və birgə nikah dövründə əldə olunmuş əşyalarını dəyərinin yarısı 1175 (min bir yüz yetmiş beş) manatın Şəxs alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İcra Şöbəsi tərəfindən borclu Şəxs barəsində inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəki Apellyasiya Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qətnaməsi üzrə verilmiş, 02 fevral 2022-ci il tarixli 2 (107) – 2125 / 2021 saylı icra vərəqəsi 08 fevral 2022-ci il tarixdə şöbənin icraatına qəbul edilmişdir. İcra vərəqəsi üzrə borclu Şəxs hazırki vaxtadək icra vərəqəsi üzrə 8835 (səkkiz min səkkiz yüz otuz beş) manat dəyərində cehiz əmlakları və 1530 (min beş yüz) manat dəyərində qızıl-zinət əşyalarını tələbkar Zərərçəkmiş şəxs ödənilməsini təmin etmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun Zərərçəkmiş şəxs 5035 (beş min otuz beş) manat borcu olmuşdur. Şəxs məhkəmə iclasında borcundan 1700 (min yeddi yüz) manatını tələbkara ödəmişdir. Bundan başqa tələbkarın nümayəndəsi Nümayəndə məhkəmə iclasında birgə nikah dövründə əldə olunmuş əşyalarını dəyərinin yarısı 1175 (min bir yüz yetmiş beş) manatın ödənilməsini borcludan tələb etmiədiklərini bildirmiş və bununla bağlı məhkəməyə ərizə vermişdir. Şəxs məhkəmə iclasında qalan borcunu hər ay ödəyəcəyini öhdəsinə götürmüşdür. Göründüyü kimi Şəxs icra vərəqəsinin icrasından boyun qaçırmır. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar