Məhkəmə qərarları › İş №3(037)-101/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-101/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-101/2023 27.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxx 1999-cu il tarixdə İsmayıllı rayonu Kəlbənd kəndində anadan olmuş, Laçın rayonu Qarakeçdi kəndində qeydiyyatda olmaqla, İsmayıllı rayonu Pirdinar kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 27 fevral 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 27 fevral 2023-cü il tarixdə İsmayıllı rayonu Pirdinar kəndində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs polis şöbəsində olan işlə bağlı izahat verməsi zərurəti yaranmışdır. Bununla bağlı ona telefonla məlumat verilmiş və o, polis şöbəsinə gəlməkdən imtina etmişdir. Bununla bağlı polis əməkdaşları 27 fevral 2023-cü il tarixdə Pirdinar kəndinə gedərək Şəxs polis şöbəsinə gəlməsi tələb olunmuşdur. Röyal polis şöbəsinə getməkdən imtina edərək polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Aparılmış söhbət zamanı Röyalın şöbəyə gətirilməsi mümkün olmuş və izahatı alınaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, bir neçə gün öncə ona polis şöbəsindən zəng gəlmiş və izahat vermək üçün polis şöbəsinə dəvət olunmuşdur. O, polis şöbəsinə getməkdən imtina etmişdir. 27 fevral 2023-cü il tarixdə polis əməkdaşları onun yaşadığı kəndə gəlmiş və yenidən izahat verməsi üçün şöbəyə dəvət olunmuşdur. O, polis şöbəsinə getməkdən imtina etmişdir. Həmin vaxt polis əməkdaşları ilə bir qədər əsəbi halda danışmışdır. Sonradan polis şöbəsinə gəlmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Polis əməkdaşları ona qarşı heç bir zor tətbiq etməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X5-patrul xidməti bölüyünün polis baş serjantı Şahid2 izahatında göstərdi ki, 27 fevral 2023-cü il tarixdə Şəxs izahat vermək üçün polis şöbəsinə gəlmədiyi üçün onun yaşadığı kəndə getmişlər. Pirdinar kəndində olarkən Şəxs izahat verməsi üçün polis şöbəsinə dəvət olunmuşdur. Röyal həmin vaxt əsəbi halda polis şöbəsinə getməyəcəyini bildirmiş və polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Onu nizam-intizama dəvət etsələr də o, qanunsuz əməllərini davam etdirmiş və əsəbi halda yenidən onlara mübahisə etmişdir. Bir qədər sonra Zaur Usubovun polis şöbəsinə gətirilməsi mümkün olmuşdur. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X5-patrul xidməti bölüyünün polis baş serjantı Şahid1 da Şahid2 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 27 fevral 2023-cü il tarixdə İsmayıllı rayonu Pirdinar kəndində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib tərəflərin və şahidlərin izahatını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 15 (on beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 27 fevral 2023-cü il tarixdən saat 16:15-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli inzibati qaydada tutulduğu andan- 27 fevral 2023-cü il tarixdən saat 16:15-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar