Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-101/2024 22.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1961-ci il tarixdə İsmayıllı rayonu Basqal qəsəbəsində anadan olmuş, həmin qəsəbədə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 22 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli 2 (037) – 1620/2017 saylı icra vərəqəsi üzrə verilmiş 31 oktyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 15030 (on beş min otuz) manat pul alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 12030 (on iki min otuz) manat borc ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 22 fevral 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, icra vərəqəsi icraata qəbul edildikdən sonra müvafiq araşdırma aparılmış və borclunun adına torpaq sahəsi aşkar edilmişdir. Həmin torpaq sahəsi qiymətləndirilərək hərraca çıxarılmışdırş. 3 dəfə hərrac keçirilmiş və satılmadığı üçün 10500 (on min beş yüz) manat qiymətində tələbkar Zərərçəkmiş şəxs təklif olunmuşdur. Zərərçəkmiş şəxs torpaq sahəsini qəbul etmiş və bu barədə akt tərtib olunaraq sənədlərin surəti Əmlak Hərrac Mərkəzinə göndərilmişdir. Lakin tələbkar Zərərçəkmiş şəxs torpaq sahəsini özəlləşdirə bilmədiyi üçün, Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin qərarı ilə torpaq sahəsinin koordinatlarında mübahisə olduğu üçün iddia təmin edilməmişdir. Sonradan tələbkar müraciət edərək torpağı istəmədiyini və ona olan borcu tələb etdiyini bildirmişdir. Bundan sonra aparılmış icra tədbirləri nəticəsində Şəxs borcundan 3000 (üç min) manat tələbkara ödəniş etmiş və hazırki günədək borclu qaldığı 12030 (on iki min otuz) manat məbləğində borcun ödənilməsini təmin etməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, adına torpaq sahəsi vardır və həmin torpaq sahəsi tələbkara verilmişdir. 3 il keçəndən sonra tələbkar torpaq sahəsini adına keçirə bilmədiyi üçün geri torpaq sahəsindən imtina etmiş və pulu ondan tələb etmişdir. O, həmin borcundan 3000 (üç min) manatın ödəmişdir. Lakin heç yerdə işləmədiyindən və maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Onun heç bir yerdən gəliri yoxdur, yalnız adına torpaq sahəsi vardır. Həmin torpaq sahəsini tələbkara verməyə və bununla bağlı bütün sənədləşmə işini görməyə hazırdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs hazırki işə baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli 2 (037) – 1620/2017 saylı icra vərəqəsi üzrə verilmiş 31 oktyabr 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 15030 (on beş min otuz) manat pul alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2019 tarixli, 8(037)-33/2019 saylı qərardadından görünür ki, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən, borclu Şəxs mülkiyyətinə sahibkarlıq məqsədilə verilmiş 0,25 hektar torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Tərəflərin və Zərərçəkmiş şəxs iştirakı ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Şəxs mülkiyyətinə sahibkarlıq məqsədilə verilmiş 0,25 hektar torpaq sahəsi pul əvəzi tələbkar Zərərçəkmiş şəxs təhvil verilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-311/2022 saylı qərarından görünür ki, iddiaçı Zərərçəkmiş şəxs İsmayıllı rayonu Zeyvə kəndində borclu Şəxs adına olan 0,25 ha torpaq sahəsinin İsmayıllı Rayon Məhkəməsinin qərardadına uyğun olaraq naturada olduğu kimi dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılan torpaq sahəsinin 0,2242 ha hissəsində təmin edilməmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 22 fevral 2024-cü il tarixli arayışdan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2 (037) – 602/2018 saylı icra vərəqəsinə əsasən Şəxs 15030 (on beş min otuz) manat borcundan 3000 (üç min) manatını tələbkar Zərərçəkmiş şəxs ödəmiş və 12030 (on iki min otuz) manat borcun ödənilməsi ilə bağlı icra məmuru tərəfindən verilən tələblərə əməl etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli 2 (037) – 1620/2017 saylı icra vərəqəsi üzrə verilmiş 31 oktyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 15030 (on beş min otuz) manat pul alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs adına 0,25 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuşdur. Həmin torpaq sahəsi hərraca çıxarıldıqdan sonra tələbkara təklif olunmuş və tələbkar torpaq sahəsini pul əvəzi kimi qəbul etmişdir. Lakin torpaq sahəsinin koordinatlarında mübahisə olduğu üçün onun özgəninkiləşdirilməsi mümkün olmamışdır. Şəxs məhkəmə iclasında həmin torpaq sahəsinin borcun ödənilməsi üçün tələbkar Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsinə hazır olduğunu bildirmişdir. Eyni zamanda göründüyü kimi Şəxs borcundan 3000 (üç min) manatını tələbkara ödəmişdir. Bütün bunlar Şəxs qətnamənrin icrasından qərəzəli olaraq boyun qaçırmamasına əsas verir. Şəxs inzibati qaydada tənbeh olunması onun icra vərəqəsinin icrasını təmin etməsində çətinlik yaradacaqdır. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-101/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-101/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver