Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-102/2021 18.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə xx xxxx 1961-ci il tarixdə İsmayıllı rayonu, Tircan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, İsmayıllı rayonu, Tircan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxx 2021-ci tarixdə Azərbaaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin böyük Dövlət vergi müfəttişi Həzi Həzizadə tərəfindən İsmayıllı rayonu Tircan Bələdiyyəsinin keçmiş sədri Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Çələbiyev X1 rayon Tircan Bələdiyyəsinin (VÖEN: **********) sədri işlədiyi dövrdə xx.xx.2016-cı il tarixdən xx.xx.2020ci il tarixədək 2247 manat ödəmə mənbəyində vergini ödəməmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 460-cı maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, təqsirlilik məsələsini müzakirə etmədən hesab edir ki, hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM–nin 38.1-ci maddəsində göstərilmişdir ki, İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarında olan MN № ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, qeyd olunan inzibati xəta hadisəsi xx xxxx 2016-cı il tarixdən xx xxxxxx 2020-ci il tarixədək törədilmiş, inzibati xəta haqqında protokol isə xx xxxxxx 2021-ci il tarixdə tərtib edilərək, xx xxxx 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi sözügedən inzibati xətanın törədildiyi gündən nzibati xəta haqqında protokolun məhkəməyə təqdim edildiyi günədək bir ildən çox müddət keçmişdir. Azərbaycan Respublikası İXM–nin 53.0.6–cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38–ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xəta haqqında icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin böyük Dövlət vergi müfəttişi tərəfindən tərtib edilmiş MN № ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli protokol üzrə İsmayıllı rayonu Tircan Bələdiyyəsinin keçmiş sədri Şəxs barəsində olan Azərbaycan Respublikası İXM–nin 460–cı maddəsi ilə başlanımış inzibati xəta haqqında işin icraatına, həmin Məcəllənin 38.1–ci maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İsmayıllı rayonu Tircan Bələdiyyəsinin keçmiş sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçməsinə görə xitam verilsin. Qərardan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-102/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-102/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver