Məhkəmə qərarları › İş №3(037)-103/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-103/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-103/2023 13.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1975-ci il tarixdə İsmayıllı rayonu, Qalagah kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu, Qalagah kəndində qeydiyyatda olmaqla, İsmayıllı rayonu,Qalagah kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixədək yaşadığı İsmayıllı rayonu, Qalagah kəndində yerləşən evində saxladığı 1 ədəd “İJ” markalı,16 çaplı, tək lüləli, E 91713 nömrəli yivsiz lüləli ov silahını müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxlaması müəyyən edilmişdir. Bu hərəkətləri ilə о, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək bildirdi ki, İsmayıllı rayonu, Qalagah kəndində yaşayır. Onun atasından qalma köhnə tək lüləli ov silahı vardır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları ona yaxınlaşıb onda ov silahının olmasını bildirdilər. O, da özündə olan tək lüləli ov silahını könüllü formada polis əməkdaşlarına təhvil vermişdir. O, heç bir yerdə işləmir və maddi durumu yaxşı deyildir. Odur ki, qərar qəbul edilərkən izahatında qeyd edilənlər nəzərə alınmaqla cərimə növündə cəza təyin edilməsindən azad edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş İsmayıllı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X1 iştirakı olmadan baxılmasını qərara almışdır. Şəxs törətmiş olduğu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, tərtib edilmiş protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi.İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini,əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə hesab edir ki,Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 1 ədəd “İJ” markalı,16 çaplı, tək lüləli, E 91713 nömrəli yivsiz lüləli ov silahı müsadirə edilərək, cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1 ədəd “İJ” markalı,16 çaplı, tək lüləli, E 91713 nömrəli yivsiz lüləli ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. 1 ədəd “İJ” markalı,16 çaplı, tək lüləli, E 91713 nömrəli yivsiz lüləli ov silahı müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin X3 Baş İdarəsinin anbarına təhvil verilsin. Qərarın cəriməyə aid hissəsi İsmayıllı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan onun alındığı və ya təqdim olunduğu gündən 10(оn) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar