Məhkəmə qərarları › İş №3(037)-104/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-104/2021

17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-104/2021 17.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində protokol tərtib edilmiş: Şəxs iştirakı ilə Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsində Azərbaycan Respublikası İXM–nin 157–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 157–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirməklə qəsdən döymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 19:00 radələrində İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən çay evində çay içdikdən sonra evə gedərkən, Zərərçəkmiş şəxs onun üzərinə yeriyərək, ona nalayiq söyüşlər söymüş və yumruğu ilə sifətinə zərbələr endirmiş, o isə özünü qorumaq məqsədi ilə onu başı ilə vurmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. Ona görə də məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə ilə müraciət edərək, məhkəmədən Şəxs ilə barışdıqlarını bildirib inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilməlidir. Belə ki,Azərbaycan Respublikası İXM–nin 53.0.9–cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsin hazırda Şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işin icraatına, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar