Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-104/2023 14.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İsmayıllı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx xxxxxx 1962-ci il tarixdə İsmayıllı rayonu, Namazgah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, İsmayıllı rayonu, İsmayıllı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İsmayıllı Rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 28 fevral 2023-cü il tarixdə MN №1477620 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(107)-376/2011 saylı icra vərəqəsinə əsasən borclu Şəxs və X2 Şəxs adına qeydə alınmış fərdi yaşayış evindən çıxarılmalıdır. Şəxs icra tədbirlərinin həyata keçirilməsinə maneəçilik edərək icra tədbirlərinə dəvət olunmuş işçiləri icra yerindən uzaqlaşdırmışdır. Şəxs icra tədbirləri zamanı evin ona məxsus olduğunu, evə görə "xxxx" BOKT MMC-yə pul ödədiyini və evi boşaltmayacağını bildirməklə icra tədbirlərinə maneəçilik törətmişdir.Nəticədə Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolda borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Məhkəmə iclasında İsmayıllı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 protokolda göstərilənlərə uyğun izahat verdi və göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, icra sənədi üzrə borcu icra etməmiş, icra sənədlərinin icrasından yayınmış, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(107)-376/2011 saylı icra sənədinin icrası məqsədi ilə icra vərəqəsində qeyd edilən fərdi yaşayış evinə gedilmiş, borclu Şəxs icra tədbirlərinin həyata keçirilməsinə maneəçilik edərək icra tədbirlərinə dəvət olunmuş işçiləri icra yerindən uzaqlaşdırmışdır. Şəxs icra tədbirləri zamanı evin ona məxsus olduğunu, evə görə "xxxx" BOKT MMC-yə pul ödədiyini və evi boşaltmayacağını bildirməklə icra tədbirlərinə maneəçilik törətmişdir. Qeyd edilənlərlə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib etmişdir. xx.xx.2023-cü il tarixdə icra sənədinin icrası məqsədi ilə yenidən icra vərəqəsində qeyd edilən fərdi yaşayış evinə gedilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(107)-376/2016 saylı icra vərəqəsi üzrə qeyd olunan fərdi yaşayış evi boşaldılaraq tələbkara təhvil verilmiş, icra tədbirləri zamanı borclu Şəxs tərəfindən icra hərəkətlərinin aparılmasına heç bir maneəçilik edilməmişdir. Göndərilmiş məhkəmə bildirişinə baxmayaraq tələbkar "xxxx" BOKT MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 və borclu Şəxs təqdimata baxılması üçün təyin olunmuş məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, İsmayıllı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Rahim Mustafayevin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-376/2016 saylı, xx.xx.2011ci il tarixli icra sənədi icra edildiyindən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(107)-376/2016 saylı icra vərəqəsinə əsasən Şəxs adına qeydə alınmış İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evinə tutma yönəldilərək satıldıqdan sonra Şəxs və X2 ən geci bir ay ərzində həmin evdən çıxarılmaqla fərdi yaşayış evi boşaldılmalıdır. İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayevin xx.xx.2023-cü il tarixli 45-443/2023 nömrəli məktubundan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(107)-376/2016 saylı icra vərəqəsi üzrə qeyd olunan fərdi yaşayış evi boşaldılaraq tələbkara təhvil verilmiş,icra tədbirləri zamanı borclu Şəxs icra hərəkətlərinin aparılmasına heç bir maneəçilik edilməmişdir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə,habelə borclunun iş yeri və ya yaşayış yeri,onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-376/2016 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsində qeyd edilən fərdi yaşayış evi boşaldılaraq tələbkara təhvil verilməklə icra sənədi icra edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-376/2016 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi icra edildiyindən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-104/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-104/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver