Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-104/2024 23.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Bəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 1991-ci il tarixdə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu Quşencə kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 23 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2019-ci il tarixli 2 (005) – 2088 / 2019 saylı icra vərəqəsinə əsasən 15 mart 2019-cü il tarixdən başlayaraq Şəxs 13 iyun 2015-ci il təvəllüdlü X5 və 05 sentyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlaılması üçün hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat və xx.xx.2017-ci il təvəllüdlü X2 üç yaşınadək, yəni xx.xx.2020-ci il tarixə kimi hər ay 70 (yetmiş) manat məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 20460 (iyirmi min dörd yüz altmış) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 23 fevral 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icra vərəqəsinə əsasən hər ay 320 (üç yüz iyirmi) manat məbləğində aliment Şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. 60 ay ərzində Şəxs aliment məbləğindən heç bir məbləğdə ödəniş etməmişdir. Şəxs yaşayış ünvanını gizlədir və onun tapılması mümkün olmur. Bu səbəbdən onun barəsində axtarış qərarı qəbul edilmiş və 23 fevral 2024-cü il tarixdə polis vasitəsi ilə şöbəyə gətirilmişdir. Bununla da borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 20460 (iyirmi min dörd yüz altmış) manat aliment borcu ödöməkdən qərəzli olaraq yayınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs izahat verərək göstərdi ki, heç yerdə işləmir, ona görə də, təyin olunmuş aliment məbləğini tam şəkildə ödəyə bilməmişdir. Ona vaxt verilərsə borcundan 3000 (üç min) manat tələbkara ödəniş edə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, aliment borcunu tam şəkildə tələb edir. Şəxs ödəniş etmək üçün vaxt verilməsini istəmir. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 23 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2019-ci il tarixli 2 (005) – 2088 / 2019 saylı icra vərəqəsinə əsasən Şəxs tələbkar Zərərçəkmiş şəxs olan 20460 (iyirmi min dörd yüz altmış) manat məbləğində aliment borcu ödəməkdən yayınmışdır. Məhkəmə araşdırma zamanı müəyyən edildi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2019-ci il tarixli 2 (005) – 2088 / 2019 saylı icra vərəqəsinə əsasən 15 mart 2019-cü il tarixdən başlayaraq Şəxs 13 iyun 2015-ci il təvəllüdlü X5 və 05 sentyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlaılması üçün hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat və xx.xx.2017-ci il təvəllüdlü X2 üç yaşınadək, yəni xx.xx.2020-ci il tarixə kimi hər ay 70 (yetmiş) manat məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmışdır. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda Zərərçəkmiş şəxs ödənilməli olan 20460 (iyirmi min dörd yüz altmış) manat aliment borcu ödənilməmiş qalmışdır. Bundan başqa Şəxs icra məmurunun çağırışlarına gəlməmiş və 23 fevral 2024-cü il tarixdə polis vasitəsi ilə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını və müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 25 (iyirmi beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 23 fevral 2024-cü il tarixdə saat 11:25-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 23 fevral 2024-cü il tarixdən saat 11:25-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-104/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-104/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver