Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-106/2021 17.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxx 1986-cı il tarixdə İsmayıllı rayonu Xankəndi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İsmayıllı rayonu Xankəndində yaşayan, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində haqqında İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 590.2-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında 1,13 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 (bir) ədəd “İJ” markalı, tək lüləli, 7692 nömrəli yivsiz lüləli ov tüfəngini özündə saxlaması, xx xxxx 2021-ci il tarixdə İsmayıllı rayonu Xankəndi kəndində onun yaşadığı evin həyətindən İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Səfa Əsgərovun xx xxxx 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 590.2-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 590.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 3(037)-106 nömrəli qərardadına əsasən 3(037)-106 saylı və 3(037)-107 inzibati işlər bir icraatda birləşdirilərək işə 3(037)-106 nömrəsi verilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Baba Həsənov izahatında göstərdi ki, xx xxxx 2021-ci il tarixdə Şəxs yaşadığı evə baxış keçirilərkən, evin həyətindən 1,13 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 1 (bir) ədəd “İJ” markalı, tək lüləli, 7692 nömrəli yivsiz lüləli ov tüfəngi aşkar edilərək götürülmüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığından xx xxxx 2021-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmiş və barəsində onun tərəfindən İnzibati Xətalar Məcəlləsinin 206 və 590.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu Xankəndi kəndində yaşayır. Bir neçə il bundan öncə yaşadığı kəndin meşə ərazisindən narkotik vasitə tapmışdır. Həmin narkotik vasitəni özü istifadə etmək üçün yaşadığı evin həyətində saxlamışdır. xx xxxx 2021-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə baxış keçirərkən həmin narkotik vasitə və babasından qalma bir ədəd ov tüfəngi aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitəni satmaq fikri olmamışdır. Hazırda əməlindən peşimandır və gələcəkdə bir daha belə hallara yol verməyəcəkdir. Odur ki, bütün bunları nəzərə alaraq ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin xx xxxx 2021-ci il tarixli 17/177 saylı ekspert rəyindən görünür ki, Şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 1,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. (ümumi təmiz çəkisi 1,13 qram olan marixuanadan 0,02 qram tədqiqata sərf edilmiş, qalıq hissənin ümumi çəkisi 1,11 qramdan ibarətdir). Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza dəyəri 35 (otuz beş) manat 97 qəpik təşkil edir. xx xxxx 2021-ci il tarixli raportdan görünür ki, İsmayıllı rayonu Xankəndi kənd sakini Şəxs götürülmüş 1 (bir) ədəd “İJ” markalı, tək lüləli, 7692 nömrəli yivsiz lüləli ov tüfəngi İsmayıllı rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısının xx xxxx 2021ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 590.2-ci maddələrinin tərkibi olduğundan barəsində olan materiallar inzibati tədbir görülməsindən ötrü İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında 1,13 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib özündə saxlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 (bir) ədəd “İJ” markalı, tək lüləli, 7692 nömrəli yivsiz lüləli ov tüfəngini özündə saxlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq qərara gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələblərinə əsasən törətdiyi inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində həmin Məcəllənin 206-cı maddəsində nəzərə tutulmuş 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərinə əsasən Şəxs həmin Məcəllənin 590.2-ci maddəsində nəzərdə tutulmuş əlavə cəza təyin edilərək 1 (bir) ədəd “İJ” markalı, tək lüləli, 7692 nömrəli yivsiz lüləli ov tüfəngi müsadirə edilməlidir. İş üzrə maddi sübut – tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan və hazırda İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 1,11 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə aparılmış ekspertizanın dəyəri 35 (otuz beş) manat 97 qəpik məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD 210005, Müxbir hesab AZ xx xxxx 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 26, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əlavə cəza təyin edilərək İsmayıllı Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd “İJ” markalı, tək lüləli, 7692 nömrəli yivsiz lüləli ov tüfəngi müsadirə edilsin və qərar qanuni qüvvəsini aldıqdan sonra həmin silah Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut – tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan və hazırda İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 1,11 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə aparılmış ekspertizanın dəyəri 35 (otuz beş) manat 97 qəpik məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD 210005, Müxbir hesab AZ xx xxxx 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-106/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-106/2021
17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver