Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-107/2022 24.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və probasiya Şöbəsinin icra məmuru: X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, İsmayıllı rayonu, Quşencə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inbzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, İsmayıllı Rayon Məhkəməsinin 19.09.2017-ci il tarixli 2(037)-1427/2017 saylı icra sənədinin icrası ilə əlaqədar İsmayıllı rayon İcra Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Аzərbaycan Рespublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə icra məmuru tərəfindən protokol tərtib edilərək məhkəməyə verilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emin oğlu məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 19.09.2017-ci il tarixli 2(037)-1427/2017 saylı qətnaməsi ilə cavabdeh Şəxs hər ay 90 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin, borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği tam ödəməkdən yayınmışdır. Borclu hər ay müxtəlif məbləğlərlə ödəniş etmiş, lakin borcundan qalan 995 manatı ödəməmişdir. Hazırda Şəxs cəmi borcu 995 manat təşkil edir. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 19.09.2017-ci il tarixli 2(037)-1427/2017 saylı qətnaməsi ilə cavabdeh Şəxs hər ay 90 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmiş, borclu yalnız icra məmurunun təıləbindən sonra borcunu hissə-hissə ödəmiş, buna baxmayaraq hər ay ödəniş etməmiş və onun 995 manat borcu qalmışdır. Hazırki vaxta qədər onun pulu verilməmişdir. Borclunun ona hər ay ödəniş etməsi həqiqətə uyğun deyil, yalandır. Hazırda maddi imkanı yoxdur və ona görə də 995 manat borcun tam şəkildə ödənilməsini tələb edir, əksi təqdirdə qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən İsmayıllı Rayon Məhkəməsinin 19.09.2017-ci il tarixli 2(037)-1427/2017 saylı qətnaməsi ilə ondan hər ay 90 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. O, borcunu hər ay mütəmadi şəkildə ödəmiş, lakin 2019-cu ildən ölkədə baş verən pandemiya ilə əlaqədar işləyə bilməmiş və onun müəyyən məbləğ borcu qalmışdır. Belə ki o, taksi fəaliyyəti ilə məşğul olaraq hər ay aliment borcunu ödəmiş, lakin yuxarıda da qeyd etdiyi kimi ölkədə baş verən pandemiya ilə əlaqədar işləyə bilməmiş və borcu yığılmışdır. Belə ki, həmin vaxt hər yerdə məhdudiyyətlər olması səbəbindən heç bir yerdə işləyə bilməmiş və maddi cəhətdən çətinlik çəkdiyinə görə qalıq borcunu ödəyə bilməmişdir. Borcunu ödəyə bilmədiyi üçün o inzibati məsuliyyətə cəlb olunaraq, 10 gün inzibati qaydada həbs edilmişdir. Həbs müddəti bitdikdən sonra hazırki vaxtadək hər ay 90 manat aliment borcunu ödəmiş, ödənilməmiş 995 manat borcunu isə hər ay ödədiyi aliment məbləğinə əlavə ödəniş etməklə borcunu azaltmışdır. Bir daha bildirmək istəyir ki o, taksi fəaliyyəti ilə məşğul olur və aylıq qazancından 90 manat və üstü məbləğində hər ay ödəniş edir və qısa zamanda da qalan borcunu tam ödəyəcəkdir. Çünki icra sənədində göstərilən pulu tələbkara verməli olduğunu bilir, sadəcə maddi imkanı yaxşı olmadığından borcunun qalan hissəsini ödəyə bilməmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan 22 sentyabr 2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, cavabdeh Şəxs hər ay 90 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşdə olan İsmayıllı rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 19.09.2017-ci il tarixli 2(037)-1427/2017 saylı icra sənədinə əsasən borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 3775 manat aliment üzrə ödəniş etmiş. Hal-hazırda onun tələbkara 995 manat ödənilməmiş aliment borcu vardır. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 13.15.2019-cu il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs İsmayıllı Rayon Məhkəməsinin 19.09.2017-ci il tarixli 2(037)- 1427/2017 saylı saylı icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Belə ki, borclu ona təyin edilmiş 90 manat aliment borcunu hər ay mütəmadi olaraq ödəmiş, 2019-cu ildən isə işləməyərək borcunu ödəyə bilməmiş və 995 manat borcu yaranmışdır. Belə olan halda ölkə ərazisində tətbiq olunmuş pandemiya dövrünü və reallığını nəzərə alaraq, onun əvvəllər işlədiyi dövrdə mütəmadi olaraq borcunu ödədiyini, sonradan ödəniş edə bilməyərək 995 manat borcu yaranması icra məmurunun qanunu tələbinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bununla yanaşı borclu inzibati həbs müddətini bitirdikdən sonra yenidən hər ay ödənişlər etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, Şəxs 01.03.2021-ci il tarixdə 101 manat, 27.04.2021-ci il tarixdə 82,70 manat, 03.06.2021-ci il tarixdə 92,70 manat, 07.07.2021-ci il tarixdə 92,70 manat, 19.08.2021-ci il tarixdə 92,70 manat, 20.09.2021-ci il tarixdə 20.10.2021-ci il tarixdə 101 manat, 20.12.2021-ci il tarixdə 101 manat və 18.02.2022-ci il tarixdə 101 manat ödəniş etmişdir. Göründüyü kimi Şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da aliment borcunu mütəmadi şəkildə ödəmiş, bu hal isə onun sözügedən icra sənədinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Ona görə də borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Belə ki, Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında tələbkarın pulunu ödəməsinə etiraz etmədiyini bildirmiş, hətta taksi fəaliyyəti ilə məşğul olaraq qazandığı məvacib hesabına borcunu ödəmək niyyətində olduğunu bildirmişdir. Bundan başqa icra məmuru tərəfindən borclunun tələbin yönəldilə biləcəyi digər əmlaklarının olub-olmaması hər tərəfli araşdırılmamış, sadəcə yaşadığı evə baxış keçirərək oradaki tələbin yönəldiləbiləcəyi əmlakların müəyyən edilməməsi ilə yetinmiş, borclunun işləyib-işləməməsi müəyyən edilməmiş, tələbin borclunun əmək haqqına yönəldilməsi məqsədilə onun əmək haqqısının olub-olmaması barədə hər hansı mötəbər sübut əldə edilməmişdir. Eləcə də, icra məmuru icra sənədinin icrası ilə bağlı heç bir məcburi icra tədbiri təyin etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində məcburi icra tədbirlərinin ardıcıllıqla siyahısı verilmiş, həmin maddədə məcburi icra tədbirlərinin, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərdən ibarət olması, habelə həmin Qanunun 84-1-ci maddəsində isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təsbit edilmişdir. Göründüyü kimi icra məmuru borclunun başqa əmlakının olub-olmaması kifayət qədər araşdırmadan, onun təyin edilmiş aliment borcunu hər ay ödəməsini nəzərə almadan qeyd olunan normanın tələblərini pozaraq heç bir əsas yaranmadan borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Eyni zamanda icra qurumu tərəfindən İsmayıllı Rayon Məhkəməsinə ünvanlanan məktubda Şəxs Tərəfindən tələbkara hazırki vaxtadək 3775 manat ödəniş etməsi və 995 manat ödənilməmiş borcu qaldığı bildirilmişdir. Belə olan halda isə, borclunun icra sənədində göstərilən tələbləri qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-107/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-107/2022
24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver