Məhkəmə qərarları › İş №3(037)-107/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-107/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-107/2024 26.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Bərəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 1986-cı il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, fərdi identifikasiya nömrəsi 3U2LBUS Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 26 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İsmayıllı Rayon Nərimanov Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2 (037)– 495/2023 saylı icra vərəqəsinə əsasən 17 mart 2023-cü il tarixdən başlayaraq Şəxs 06 iyun 2015-ci il təvəllüdlü X2 və 15 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 2520 (iki min beş yüz iyirmi) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə 26 fevral 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs 11 (on bir) ay aliment borcundan 5 (beş) ay 200 (iki yüz) manatdan olmaqla, cəmi 1000 (min) manat tələbkara ödəniş etmiş və hazırki günədək 2520 (iki min beş yüz iyirmi) manat məbləğində borcu yaranmışdır. Şəxs çağırışlara gəlməmiş və barəsində axtarış qərarı qəbul edilmişdir. Şəxs aliment borcu ola-ola ölkə xaricinə çıxmış və Gürcüstan Respublikası sərhədini keçərkən orada saxlanılaraq polis vasitəsi ilə şöbəyə gətirilmişdir. Həmçinin Şəxs yaşadığı ünvanı da gizlətdiyi üçün onun tapılması mümkün olmamışdır. Bununla da, Şəxs icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs izahat verərək göstərdi ki, aliment məbləği hər ay 320 (üç yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Heç yerdə işləmədiyindən aliment məbləğini tam şəkildə ödəyə bilmir. Hər ay 200 (iki yüz) manat ödəniş etmişdir. Təyin olunmuş aliment məbləğindən hər ay 200 (iki yüz) manat məbləğində ödəyə bilər və ondan artıq ödəniş edə bilmir. Ailəsində xəstə var və bundan başqa banka kredit borcu var. Ona vaxt verilsə belə yalnız aylıq aliment borcundan 200 (iki yüz) manat ödəniş edə bilər. Bundan artıq ödəniş etməyə maddi imkanı çatmır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Ramin təyin olunmuş aliment məbləğindən 5 (beş) ay 200 (iki yüz) manat məbləğində ödəniş etmişdir. Uşaqlarını çətinliklə saxlayır. Bir neçə günə Ramin borcundan ***-**** manat məbləğində ödəniş edərsə bununla bağlı onunla razılığa gələ bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 26 fevral 2024-cü il tarixli arayışdan görünür ki, İsmayıllı Rayon Nərimanov Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2 (037)– 495/2023 saylı icra vərəqəsinə əsasən Şəxs tələbkar Zərərçəkmiş şəxs olan 2520 (iki min beş yüz iyirmi) manat məbləğində aliment borcu ödəməkdən yayınmışdır. Məhkəmə araşdırma zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Nərimanov Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2 (037)–495/2023 saylı icra vərəqəsinə əsasən 17 mart 2023-cü il tarixdən başlayaraq Şəxs 06 iyun 2015-ci il təvəllüdlü X2 və 15 may 2017ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmışdır. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda Zərərçəkmiş şəxs ödənilməli olan 2520 (iki min beş yüz iyirmi) manat aliment borcu ödənilməmiş qalmışdır. Bundan başqa Şəxs icra məmurunun çağırışlarına gəlməmiş və 26 fevral 2024-cü il tarixdə polis vasitəsi ilə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını və müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 26 fevral 2024-cü il tarixdə saat 15:25-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 26 fevral 2024-cü il tarixdən saat 15:25-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar