Məhkəmə qərarları › İş №3(037)-107/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-107/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-107/2025 18.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 iştirakı ilə, İsmayıllı rayon X5 X7 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərardan X4 tərəfindən verilmiş şikayətə 18 mart 202-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon X5 X7 xx.xx.2025ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, 02 mart 2025-ci il tarixdə saat 12:52-də idarə etdiyi “Opel Astra” minik markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobillə “Bolluq Store” adlanan marketin yanında ailə üzvləri ilə birlikdə avtomobilə əyləşib “bazar” istiqamətində hərəkətdə olan zaman yol patrul xidməti əməkdaşı avtomobilini səbəbsiz yerə saxlamışdır. Saxlanma səbəbini öyrənmək istədikdə, polis əməkdaşı ilk əvvəl guya ona yol hərəkəti qaydalarını pozduğunu, daha sonra sərnişin daşımaq qaydalarını pozduğunu bildirdi. Yol polis əməkdaşına qanuni şəkildə etirazını bildirdiyinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Belə ki, o idarə etdiyi avtomobillə heç bir qaydanı pozmamışdır. Əgər doğurdanda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmuşdursa və qayda pozması xüsusi texniki vasitələrlə aşkar görünürsə, o zaman inzibati xəta törətməsi həqiqətəndə xüsusi texniki vasitələrlə aşkar edilmişdirsə, onda İXM-nin 122.5-ci maddəsinin tələbinə uyğun olaraq YPX əməkdaşı onu saxlaması qanuna ziddir. Odur ki, həmin qərarı əsassız hesab edir və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş X4 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, heç bir qayda pozmadığı halda barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilərək cərimə edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla İsmayıllı rayon X5 X7 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İsmayıllı rayon X5 X7 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 02 mart 2025-ci il tarixdə, saat 12:52-də idarə etdiyi “Opel Astra” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayətçinin izahatını. şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilmədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3- cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Məhkəmə tərəfindən İsmayıllı rayon X5 Yol Polis X2 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də, onlar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin (inzibati xəta haqqında protokol, xüsusi texniki vasitə ilə çəkilmiş foto, video və sair materialları) məhkəməyə təqdim olunmasını təmin etməmişlər. Bununla da, İsmayıllı rayon X5 Yol Polis X1 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən qərarın qanuniliyini sübuta yetirməmişdir. Belə ki, X3 İXMnin 327.2-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və Ləyaqət Əmirov öz təqsirsizliyini sübuta yetirməli deyil. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə X3 inzibati cərimə edilməsinə dair 02 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın Azərbaycan Respublikası İXM-nin tələblərinin əhəmiyyətli dərəcədə pozulması zamanı qanunsuz olaraq qəbul edilməsi müəyyən edilsə də, əməldə inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında işə yenidən baxılması məqsədilə səlahiyyətli orqana və ya vəzifəli şəxsə qaytarılmasına zərurət yoxdur. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair İsmayıllı rayon X5 X7 İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin 02 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı əməldə inzibati xəta tərkibi olmadığına görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair İsmayıllı rayon X5 X7 İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin 02 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar