Məhkəmə qərarları › İş №3(037)-108/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-108/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-108/2021 18.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, işsiz, İsmayıllı şəhəri, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib barəsində edilmiş inbzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxx 2021-ci il tarixdə saat 05:10 radələrində İsmayıllı şəhəri ərazisində yerləşən Kərpiç kafesinin qarşısında üzərindən şəxsi axtarış zamanı təmiz çəkisi 1,79 qram narkotik vasitə-marixuana aşkar edilmişdir. Bu hərəkətləri ilə X3 Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu bildirmiş və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi xx xxxx 2021-ci il tarixli 17/175 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.X2 üzərindən götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellefon bükümdə, təmiz çəkisi -1,79 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Eləcə də, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub və İsmayıllı RPŞ-də saxlanılan 1,74 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına verilməli, yaxud məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-ju maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Mirzəliyev X1 Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə maddi sübut olub və İsmayıllı RPŞ-də saxlanılan 1,74 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar