Məhkəmə qərarları › İş №3(037)-11/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-11/2021

12.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-11/2021 12.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1996-cı il tarixdə İsmayıllı şəhərində anadan olmuş, İsmayıllı şəhəri, N.Nərimanov küçəsi, ev 4 V-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında 0,07 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib özündə saxlaması, həmin narkotik vasitənin xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun üzərindən aşkar edilərək götürülməsi faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Rüstəm Atakişiyevin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Ağacan Qarayev izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Şəxs şübhəli şəxs qismində rayon polis şöbəsinə gətirilmiş və şahidlərin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Axtarış zamanı Şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından xx xxxxxx 2021-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmiş və barəsində onun tərəfindən inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir və Şəxs qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, ailəsi ilə birlikdə İsmayıllı şəhərində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində tanışı Ceyhunla birlikdə İsmayıllı rayonu Yeniyol kəndi yolunda piyada gedərkən, yolda polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişdir. Həmin vaxt üzərində narkotik vasitə olduğundan həyəcanlanmış və özünü şübhəli aparmışdır. Polis əməkdaşları onları şübhəli şəxs qismində rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində şahidlərin iştirakı ilə üzərinə baxış keçirilmiş və həmin narkotik vasitə ondan aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitəni 2020-ci ilin iyul ayında Lahıc qəsəbəsinin yaxınlığındakı meşə ərazisindən tapmışdır. Narkotik vasitəni gələcəkdə istifadə etmək üçün özündə saxlamışdır. Həmin narkotik vasitəni satmaq fikri olmamışdır. Hazırda əməlindən peşimandır və gələcəkdə bir daha belə hallara yol verməyəcəkdir. Odur ki, bütün bunları nəzərə alaraq ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin xx xxxxxx 2020ci il tarixli 17/641 saylı ekspert rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd gümüşü ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,07 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. (ümumi təmiz çəkisi 0,07 qram olan marixuanadan 0,02 qram tədqiqata sərf edilmiş, qalıq hissənin ümumi çəkisi 0,05 qramdan ibarətdir). Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza dəyəri 34 (otuz dörd) manat 55 qəpik təşkil edir. İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısının xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan barəsində olan materiallar inzibati tədbir görülməsindən ötrü İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında 0,07 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib özündə saxlamış, həmin narkotik vasitə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını dinləyərək qərar gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 300 (üç yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut – tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan və hazırda İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 0,05 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə aparılmış ekspertizanın dəyəri 34 (otuz dörd) manat 55 qəpik məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD 210005, Müxbir hesab AZ xx xxxx 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. İş üzrə maddi sübut – tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan və hazırda İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 0,05 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə aparılmış ekspertizanın dəyəri 34 (otuz dörd) manat 55 qəpik məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD 210005, Müxbir hesab AZ xx xxxx 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar