Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-110/2021 09.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru: X1 Tələbkar: Zərərçəkmiş şəxs1 İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli,subay,işləməyən,İsmayıllı şəhəri, Ş.Ağayev küçəsi D-2, ev 1-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Borclu Şəxs, 2010-cu il təvəllüdlü Şəhanə və 2012-ci il təvəllüdlü Ayan adlı uşaqların nənələri Zərərçəkmiş şəxs1 ilə ünsiyyətdə olmaq üçün İsmayıllı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxxx 2020-ci il tarixli 10 saylı qərarı ilə müəyyən edilmiş hüquqların həyata keçirilməsinə maneə törədilməməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun təyin etdiyi xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərə təyin olunmuş icra tədbirlərinə gəlməmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 2010-cu il tarixdə doğulmuş Şəhanə və 2012-ci il tarixdə doğulmuş Ayan adlı nəvələri ilə ünsiyyətdə olmaq üçün İsmayıllı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxxx 2020-ci il tarixli 10 saylı qərarı ilə müəyyən edilmiş hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin cavabdeh Şəxs qadağan edilməsi qət edilmişdir. Lakin, borclu Şəxs icra sənədinin icrası məqsədi ilə xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərə təyin olunmuş icra tədbirlərinə gəlməmişdir. Borclu Şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Borclu Şəxs izahatında icra sənədinin icrası məqsədi ilə xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərə təyin olunmuş icra tədbirlərinə gəlməməsinin səbəbi kimi övladı Şəhanənin Bakı şəhərində “X5” residiv 1 (qan xərçəngi) xəstəliyindən daimi müalicə almasını göstərmişdir. İcra sənədinin icrası məqsədi ilə təyin edilmiş növbəti icra tədbirinə borclu Şəxs Ayan adlı qızını gətirsə də tələbkar Zərərçəkmiş şəxs1 Ayan adlı nəvəsi ilə görüşməkdən imtina edərək onun üzərinə hücum çəkərək digər nəvəsi Şəhanə ilə görüş təyin edilməsini tələb etmişdir. Tələbkar Zərərçəkmiş şəxs1 nəvəsi Şəhanənin xəstəliyi ilə əlaqədar ünsiyyətdə olmasına həkimlərin icazə vermədiklərini, Şəhanənin digər şəxslərlə ünsiyyətdə olmasına həkimlər icazə verdikdən sonra görüş təyin ediləcəyini bildirsə də, tələbkar Təhinə Əhmədova onunla razılaşmayaraq nəvəsi Şəhanə ilə görüş təyin edilməsini tələb etmişdir. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram göndərərək xx.xx.2021-ci il tarixə saat 15:00-a təyin olunmuş borclu Şəxs barəsində olan inzibati materiala onun iştirak olmadan baxılmasını tələb etmişdir. Tələbkar Zərərçəkmiş şəxs1 iştirak etdiyi məhkəmə iclasındakı izahatında göstərdi ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onun və övladı Zərərçəkmiş şəxs2 2010-cu il tarixdə doğulmuş Şəhanə və 2012-ci il tarixdə doğulmuş Ayan adlı nəvəsi ilə ünsiyyətdə olmaq üçün İsmayıllı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxxx 2020-ci il tarixli 10 saylı qərarı ilə müəyyən edilmiş hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin cavabdeh Şəxs qadağan edilməsi qət edilmişdir. Lakin borclu Şəxs icra sənədinin icrası məqsədi ilə xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərə təyin olunmuş icra tədbirlərinə gəlməmişdir. Borclu Şəxs hər dəfə müxtəlif bəhanələrlə icra tədbirlərinə gəlməyərək yalandan övladı Şəhanənin Bakı şəhərində müalicə almasını səbəb göstərərək onunla nəvəsi Şəhanəni görüşdürməmişdir. Borclu Şəxs yalan danışır. Nəvəsi Şəhanə Bakı şəhərində müalicə almır. Borclu Şəxs məqsədi nəvəsi Şəhanə ilə görüşməsinə maneçilik törətmək və icra vərəqəsinin icrasından boyun qaçırmaqdır. Nəvəsi Şəhanənin 11 yaşı var. O, nəvəsi Şəhanəyə və gəlini Şəxs yaxşı baxmışdır. Oğlu Zərərçəkmiş şəxs2 adına 1000 manat aliment borcu yazılıbdır. Borclu Şəxs tələbi əsasında oğlu Zərərçəkmiş şəxs2 alimet borcuna görə tutulubdur. Oğlu Zərərçəkmiş şəxs2 borclu Şəxs tələbi əsasında aliment borcuna görə tutulduğundan, borclu Şəxs da nəvəsi Şəhanə ilə görüşməsinə şərait yaratmadığına və icra vərəqəsinin icrasından boyun qaçırdığına görə tutulmalıdır. Odur ki, izahatında qeyd etdiklərini nəzərə alaraq borclu Şəxs barəsində olan inzibati materialın təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 2010-cu il tarixdə doğulmuş Şəhanə və 2012-ci il tarixdə doğulmuş Ayan adlı nəvələri ilə ünsiyyətdə olmaq üçün İsmayıllı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxxx 2020-ci il tarixli 10 saylı qərarı ilə müəyyən edilmiş hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin ona qadağan edilməsi qət edilmişdir. Lakin, övladı Şəhanə Bakı şəhərində “X5” residiv 1 (qan xərçəngi) xəstəliyindən daimi müalicə aldığından və müalicənin uşağın valideyinin iştirakı ilə aparılması məcburi olduğundan icra sənədinin icrası məqsədi ilə xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərə təyin olunmuş icra tədbirlərində iştirak etməmişdir. İcra sənədinin icrası məqsədi ilə təyin edilmiş növbəti icra tədbirinə digər övladı Ayan adlı qızını gətirsə də tələbkar Zərərçəkmiş şəxs1 Ayan adlı nəvəsi ilə görüşməkdən imtina edərək digər nəvəsi Şəhanə ilə görüşməyi tələb etmişdir. Onun icra vərəqəsinin icrasından boyun qaçırmaq niyyəti olmamışdır. Himayəsində olan iki azyaşlı uşaqdan balacası Ayan adlı qızını vaxtı-vaxtında tələbkar Zərərçəkmiş şəxs1 ilə ünsiyyətdə olmasına şərait yaratmışdır. Digər övladı Şəhanənin “X5” residiv 1 (qan xərçəngi) xəstəliyindən daimi müalicə aldığından, digər şəxslərlə ünsiyyətdə olmasının həyatı üçün təhlükəli olduğundan və həkimlər tərəfindən icazə verilmədiyindən onun tələbkarla görüşünə şərait yaratmamışdır. Əvəzində tələbkar Zərərçəkmiş şəxs1 istənilən vaxt övladı Şəhanənin müalicə aldığı xəstəxanaya gələrək uşaqla ünsiyyətdə olmamaq şərti ilə onu uzaqdan görə bilər. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə alaraq barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 2010-cu il tarixdə doğulmuş Şəhanə və 2012-ci il tarixdə doğulmuş Ayan adlı nəvələri ilə ünsiyyətdə olmaq üçün İsmayıllı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxxx 2020-ci il tarixli 10 saylı qərarı ilə müəyyən edilmiş hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin cavabdeh Şəxs qadağan edilməsi qət edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli tibbi arayışdan görünür ki, 2010-cu il təvəllüdlü X3 2020-ci il tarixdən “X5” residiv 1 diaqnozu ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində dispanser qeydiyyatındadır və xəstə gündüz stasionarlarında mütamadi müayinə və müalicə olunur. İşdə olan borclu Şəxs tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, borclu Şəxs icra vərəqəsinin icrasından boyun qaçırmaq niyyəti olmamış, himayəsində olan iki azyaşlı uşaqdan balacası Ayan adlı qızını vaxtı-vaxtında tələbkar Zərərçəkmiş şəxs1 ilə ünsiyyətdə olmasına şərait yaratmış, digər övladı Şəhanənin “X5” residiv 1 (qan xərçəngi) xəstəliyindən daimi müalicə aldığından, digər şəxslərlə ünsiyyətdə olması həyatı üçün təhlükəli olduğundan və həkimlər tərəfindən icazə verilmədiyindən tələbkarla görüşünə şərait yaratmamış, əvəzində borclu tələbkarın istənilən vaxt övladı Şəhanənin müalicə aldığı xəstəxanaya gələrək uşaqla ünsiyyətdə olmamaq şərti ilə onu uzaqdan görə bilməsinə şərait yaradacağını göstərmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları, habelə borclunun izahatı ilə müəyyən edilir ki, borclu Şəxs icra vərəqəsinin icrasından boyun qaçırmaq niyyəti olmamış, himayəsində olan iki azyaşlı uşaqdan balacası Ayan adlı qızını vaxtı-vaxtında tələbkar Zərərçəkmiş şəxs1 ilə ünsiyyətdə olmasına şərait yaratmış, digər övladı Şəhanə adlı uşağın “X5” residiv 1 (qan xərçəngi) xəstəliyindən daimi müalicə aldığından digər şəxslərlə ünsiyyətdə olmasının həyatı üçün təhlükəli olduğundan və həkimlər tərəfindən icazə verilmədiyindən övladı Şəhanənin tələbkarla yaxın təmasda görüşünə şərait yaratmamış, əvəzində borclu tələbkarın istənilən vaxt övladı Şəhanənin müalicə aldığı xəstəxanaya gələrək uşaqla ünsiyyətdə olmamaq şərti ilə uzaqdan görməsinə şərait yaratdığını və yaradacağını bildirmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırkı vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-110/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-110/2021
09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver