Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-111/2021 29.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X2 X4 inspektoru X3 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 1991-ci il tarixdə İsmayıllı rayonu Hacıhətəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, İ qrup əlil olmaqla sosial müavinət alan, İsmayıllı rayonu Hacıhətəmli kəndində qeydiyyatda olan və yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxx 2021-ci il tarixdə saat 20:55-də “VAZ 21061” markalı ** FT *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etməsi, idarə etdiyi avtomobillə İsmayıllı rayonu Hacıhətəmli kəndində Zərərçəkmiş şəxs məxsus daş hasara vurması, nəticədə Zərərçəkmiş şəxs maddi zərər dəyməsi faktı üzrə Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsinin Dövlət X4 əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X2 X4 inspektoru Cəlal Hüseynli izahatında göstərdi ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 20 radələrində “VAZ 21061” markalı ** FT *** dövlət qeydiyyat nişanlı minik avtomobilini İsmayıllı rayonu Hacıhətəmli kəndində idarə edərkən idarəetməni itirmiş və avtomobilini həmkəndlisi Zərərçəkmiş şəxs məxsus həyətyanı sahənin daş hasarına vurmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də, Şəxs barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu Hacıhətəmli kəndində yaşayır. xx xxxx 2021-ci il tarixdə idarə etdiyi “VAZ 21061” markalı ** FT *** dövlət qeydiyyat nömrəli minik avtomobilini Hacıhətəmli kəndində idarə edərkən, idarəetməni itirmiş və avtomobili yolun kənarında olan həmkəndlisi Zərərçəkmiş şəxs həyətyanı sahəsində olan daş hasara vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı Zərərçəkmiş şəxsla razılığa gəlmişdir. O, İ qrup əlil olmaqla sosial müavinət alır. Avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyinə görə səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, baş vermiş hadisə zamanı onun həyətyanı sahəsində olan daş hasara ziyan dəymişdir. Dəymiş ziyanla bağlı Şəxsla razılığa gəlmişdir. Onun Şəxs qarşı tələb və şikayəti yoxdur. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. xx xxxx 2021-ci il tarixli 01828 nömrəli şəxsin sərxoşluq vəziyyətinin müəyyən olunması üçün alkotester vasitəsi ilə ölçülmüş müayinənin nəticəsi barədə kağız daşıyıcıdan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx xxxx 2021-ci il tarixdə saat 20:48-də tibbi müayinədən keçirilərkən onun alkoqol sərxoşluğu vəziyyətində (alkoqolun miqdarı 3,471 %) olduğu müəyyən edilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Hacıhətəmli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxx 2021-ci il tarixli arayışında Hacıhətəmli kənd sakini Zərərçəkmiş şəxs 300 (üç yüz) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Şəxs verilmiş 001022 nömrəli vəsiqədən görünür ki, Şəxs müddətsiz İ qrup əlildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 20 radələrində “VAZ 21061” markalı ** FT *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmiş, idarə etdiyi avtomobillə İsmayıllı rayonu Hacıhətəmli kəndində Zərərçəkmiş şəxs məxsus daş hasara vurmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs həyətyanı sahəsində olan daş hasara maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, İ qrup əlil olmasını, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-111/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-111/2021
29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver