Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-113/2021 09.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, X1 Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin xx xxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə xx xxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin xx xxxx 2021-ci il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən X3 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, o, İsmayıllı şəhəri, Məhsəti küçəsi ev 34-də yaşayır. xx.xx.2021-ci il tarixdə təxminən saat 12:57 radələrində qardaşı Eldar Dəmirovla birlikdə Bakı şəhərindən qeydiyyatda olduğu və yaşadığı İsmayıllı şəhərinə qayıdarkən “Badamdar” adlanan ərazidə Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin inspektoru polis kiçik serjantı Ülvi Quliyev idarə etdiyi VAZ-21154 minik markalı ** VB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini heç bir səbəb göstərmədən saxlamışdır. Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin inspektoru polis kiçik serjantı Ülvi Quliyev ona məxsus nəqliyyat vasitəsini saxlatdırsa da, avtomaşının saxlatdırma səbəbini göstərə bilməmişdir. Yoxlama zamanı Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin inspektoru polis kiçik serjantı Ülvi Quliyev nəqliyyat vasitəsinin sənədlərinin qaydasında olduğunu görüb müxtəlif bəhanələr gətirərək idarə etdiyi nəqliyyat vasitəsində tənəffüs yollarını qoruyan fərdi qoruyucu tibbi maskadan istifadə etmədiyini əsas gətirərək, epidemiya əlehinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verdiyinə görə barəsində inzibati xəta protokolu tərtib etmişdir. O, ölkə ərazisində koronovirus (COVİD-19) infeksiyasının yayılması qarşısının alınması ilə bağlı görüləcək tədbirlərdən mövcud qaydalara görə “şəxsi avtomobil idarə edən şəxs tək və yaxud ailə üzvləri ilə birgə olduqda maskadan istifadə etməyin məcburi olmadığını Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin inspektoru polis kiçik serjantı Ülvi Quliyevin diqqətinə çatdırmışdır. İdarə etdiyi avtomobildə onunla birlikdə qardaşı Eldar Dəmirov olmuşdur. O, qardaşı Eldar Dəmirovla bir ailə üzvi olduqlarından idarə etdiyi nəqliyyat vasitəsində tənəffüs yollarını qoruyan fərdi qoruyucu tibbi maskadan istifadə etməmişdir. Hesab edir ki, müəyyən olunmuş qaydaları pozmamışdır. Belə ki, əgər idarə etdiyi avtomobildə sürücüdən başqa digər şəxs və ya şəxslər olsaydı, avtomobildəkilərin hamısı maskadan istifadə etməlidirlər. Əks halda qanunda nəzərdə tutulmuş qaydada cərimələr tətbiq edilməsi nəzərdə tutulur. Bundan başqa Daxili işlər Nazirliyi tərəfindən avtomobildə maska taxılması məsələsinə aydınlıq gətirilən videonu Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin inspektoru polis kiçik serjantı Ülvi Quliyevə göstərsə də sonuncu buna əhəmiyyət verməmiş, öz vəzifə borcundan sui-istifadə edərək ona qarşı qanunazid hərəkətlər etmiş və qəsdən epidemiya əlehinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verdiyinə görə barəsində inzibati xəta protokolu tərtib etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə İXMnin 211.2-ci maddəsinə əsasən güya epidemiya əlehinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verdiyinə görə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2021–ci il tarixdə inzibati xəta haqqında TP ******* saylı qərar qəbul olunaraq 100 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin inspektoru polis kiçik serjantı Ülvi Quliyev tərəfindən barəsində inzibati qaydada cərimə tətbiq edilməsi tam qanunsuzdur. Ona görə də məhkəməyə şikayət vermək hüququndan istifadə etmişdir. O, Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin inspektoru polis kiçik serjantı Ülvi Quliyev tərəfindən barəsində qəbul edilmiş xx xxxx 2021-ci il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X4 izahat verərək göstərdi ki, o, İsmayıllı şəhəri, Məhsəti küçəsi ev 34-də yaşayır. xx.xx.2021-ci il tarixdə təxminən saat 12:57 radələrində qardaşı Röyal Dəmirovla birlikdə Bakı şəhərindən yaşadıqları İsmayıllı şəhərinə qayıdarkən “Badamdar” adlanan ərazidə Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin inspektoru polis kiçik serjantı Ülvi Quliyev qardaşının idarə etdiyi VAZ-21154 minik markalı ** VB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini heç bir səbəb göstərmədən saxlamışdır. Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin inspektoru polis kiçik serjantı Ülvi Quliyev qardaşının idarə etdiyi nəqliyyat vasitəsini saxlatdırsa da, avtomaşının saxlatdırma səbəbini göstərə bilməmişdir. Yoxlama zamanı qardaşının idarə etdiyi nəqliyyat vasitəsinin sənədləri qaydasında olsa da Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin inspektoru polis kiçik serjantı Ülvi Quliyev müxtəlif bəhanələr gətirərək qardaşının idarə etdiyi nəqliyyat vasitəsində tənəffüs yollarını qoruyan fərdi qoruyucu tibbi maskadan istifadə etmədiyini əsas gətirərək, epidemiya əlehinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verdiyinə görə qardaşı barəsində inzibati xəta protokolu tərtib etmişdir. Qardaşı ilə bərabər o da avtomaşında nəqliyyat vasitəsində tənəffüs yollarını qoruyan fərdi qoruyucu tibbi maskadan istifadə etməmişdir. Belə ki, ölkə ərazisində koronovirus (COVİD-19) infeksiyasının yayılması qarşısının alınması ilə bağlı görüləcək tədbirlərdən mövcud qaydalara görə “şəxsi avtomobil idarə edən şəxs tək və yaxud ailə üzvləri ilə birgə olduqda maskadan istifadə etməyin məcburi olmadı qeyd edilmişdir. O, Röyal Dəmirovla qardaş olduqlarından və bir ailə üzvi olduqlarından nəqliyyat vasitəsində tənəffüs yollarını qoruyan fərdi qoruyucu tibbi maskadan istifadə etməmişdir. Hesab edir ki, müəyyən olunmuş qaydaları pozmamışdır. Belə ki, əgər qardaşının idarə etdiyi avtomobildə sürücüdən başqa digər şəxs və ya şəxslər olsaydı, avtomobildəkilərin hamısı maskadan istifadə etməlidirlər. Əks halda qanunda nəzərdə tutulmuş qaydada cərimələr tətbiq edilməsi nəzərdə tutulur. Bundan başqa qardaşı Daxili işlər Nazirliyi tərəfindən avtomobildə maska taxılması məsələsinə aydınlıq gətirilən videonu Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin inspektoru polis kiçik serjantı Ülvi Quliyevə göstərsə də sonuncu buna əhəmiyyət verməmiş, öz vəzifə borcundan sui-istifadə edərək qardaşına qarşı qanunazid hərəkətlər etmiş və qəsdən epidemiya əlehinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verdiyinə görə qardaşı barəsində inzibati xəta protokolu tərtib etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə İXM-nin 211.2-ci maddəsinə əsasən güya qardaşı epidemiya əlehinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verdiyinə görə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2021–ci il tarixdə inzibati xəta haqqında TP ******* saylı qərar qəbul olunaraq 100 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin inspektoru polis kiçik serjantı Ülvi Quliyev tərəfindən qardaşı barəsində inzibati qaydada cərimə tətbiq edilməsi tam qanunsuzdur. Ona görə də Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin inspektoru polis kiçik serjantı Ülvi Quliyev tərəfindən qardaşı barəsində qəbul edilmiş xx xxxx 2021-ci il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin inspektoru polis kiçik serjantı X5 tərəfindən qəbul olunmuş xx xxxx 2021-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, X3 xx xxxx 2021-ci il tarixdə, saat 12:57-də epidemiya əleyhinə rejim, sanitarya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərar qəbul edilmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlər görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: Həmin qaydaların 1.1-ci bəndinə görə şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); Həmin qaydaların 1.2-ci bəndinə görə bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla) Həmin qaydaların 1.3-cü bəndinə görə dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; Həmin qaydaların 1.4-cü bəndinə görə fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; Həmin qaydaların 1.5-ci bəndinə açıq sahəli ofislərdə və istehsalat yerlərində; Həmin qaydaların 1.6-cı bəndinə görə tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; Həmin qaydaların 1.7-ci bəndinə görə ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; Həmin qaydaların 1.8-ci bəndinə görə insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin qaydaların 2-ci bəndinə görə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, X3 xx.xx.2021-ci il tarixdə təxminən saat 12:57 radələrində qardaşı Eldar Dəmirovla birlikdə Bakı şəhərindən qeydiyyatda olduğu və yaşadığı İsmayıllı şəhərinə qayıdarkən “Badamdar” adlanan ərazidə Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin inspektoru polis kiçik serjantı X9 Dəmirovun idarə etdiyi VAZ-21154 minik markalı ** VB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin sənədləri qaydasında olsa da Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin inspektoru polis kiçik serjantı X9 Dəmirovun idarə etdiyi nəqliyyat vasitəsində tənəffüs yollarını qoruyan fərdi qoruyucu tibbi maskadan istifadə etmədiyini əsas gətirərək, epidemiya əlehinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verdiyinə görə barəsində inzibati xəta protokolu tərtib etmişdir. Röyal Dəmirov ölkə ərazisində koronovirus (COVİD-19) infeksiyasının yayılması qarşısının alınması ilə bağlı görüləcək tədbirlərdən mövcud qaydalara görə “şəxsi avtomobil idarə edən şəxs tək və yaxud ailə üzvləri ilə birgə olduqda maskadan istifadə etməyin məcburi olmadığını Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin inspektoru polis kiçik serjantı Ülvi Quliyevin diqqətinə çatdırmışdır. Röyal Dəmirov idarə etdiyi avtomobildə qardaşı Eldar Dəmirovla birlikdə olmuşdur. Röyal Dəmirov qardaşı Eldar Dəmirovla bir ailə üzvi olduqlarından idarə etdiyi nəqliyyat vasitəsində tənəffüs yollarını qoruyan fərdi qoruyucu tibbi maskadan istifadə etməmişdir. Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin inspektoru polis kiçik serjantı Ülvi Quliyev tərəfindən Röyal Dəmirovun xx.xx.2021-ci il tarixdə İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əlehinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verdiyinə görə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2021-ci il tarixdə inzibati xəta haqqında TP ******* saylı qərar qəbul olunaraq Röyal Dəmirov 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi yoxdur. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlər görülməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin məcburiliyi yalnız şəhərlərarası və şəhərdaxili sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrinə aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə ilə bağlı haqqında inzibati xəta haqqında protokol tərtib olunan şəxsin şərnişin daşıma fəaliyyəti ilə məşğul olması istina olunur. Ona görə də X3 xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara görə hər hansı inzibati və ya maddi məsuliyyət daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X1 əməlində inzibati xəta hadisəsi olmadığından onun barəsində Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X3 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 barəsində Bakı şəhəri X10 İdarəsinin X2 Patrul Xidmətinin xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-113/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-113/2021
09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver