Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-113/2023 06.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakı ilə, xx xxxxxx 1966-cı il tarixdə İsmayıllı rayonu Sumağallı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 06 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2 (037) – 370/ 2021 saylı qətnaməsinə əsasən 07 iyun 2021-ci il tarixdən başlayaraq Şəxs 24 mart 2008-ci il təvəllüdlü X4, 25 mart 2008-ci il təvəllüdlü X5 və 01 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 90 (doxsan) manat olmaqla cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 5540 (beş min beş yüz qırx) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 06 mart 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclunun yaşadığı evə baxış keçirilmiş və həmin evdə icra vərəqəsində qeyd olunan əmlaklar aşkar edilməmişdir. İcra şöbəsində Şəxs izahat verərkən icra vərəqəsini icra etməyəcəyini bildirmişdir. Bundan başqa borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə 06 mart 2023-cü il tarixdə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Bununla da borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra vərəqəsinin icrasından qərəzli olaraq yayınaraq 5540 (beş min beş yüz qırx) manat aliment borcun ödənilməsini təmin etməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs izahat verərək göstərdi ki, aliment məbləği təyin olunduqdan sonra daimi iş yeri olmamışdır. Buna baxmayaraq maddi imkanı daxilində ödənişlər etmişdir. Hazırda Zərərçəkmiş şəxs 5540 (beş min beş yüz qırx) manat aliment borcu vardır. Həmin borcu tələb edir. Uşaqlarını ndan ödənişlər edə bilmir. Bir neçə yerdə işləsə də, işlədiyi işə görə veriləcək pulu ala bilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs icra vərəqəsinin icrasından qərəzli olaraq yayınır. Hazırda Şəxs ona 5540 (beş min beş yüz qırx) manat aliment borcu vardır. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 06 mart 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs 5540 (beş min beş yüz qırx) manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Məhkəmə araşdırma zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2 (037) – 370/ 2021 saylı qətnaməsinə əsasən 07 iyun 2021-ci il tarixdən başlayaraq Şəxs 24 mart 2008-ci il təvəllüdlü X4, 25 mart 2008-ci il təvəllüdlü X5 və 01 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 90 (doxsan) manat olmaqla cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Şəxs yaşadığı evə baxış keçirilmiş və qeyd olunan əmlaklar aşkar edilməmişdir. İcra məmuru tərəfindən pul məbləğinin ödənilməsi ilə bağlı “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu icra vərəqəsinin icrasını təmin etməmiş və Zərərçəkmiş şəxs 5540 (beş min beş yüz qırx) manat aliment borcu yaranmışdır. Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə 06 mart 2023-cü il tarixdə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Alvərdi Əhmədov barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 06 mart 2023-cü il tarixdə saat 16:25-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 06 mart 2023-cü il tarixdə saat 16:25-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-113/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-113/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver