Məhkəmə qərarları › İş №3(037)-114/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-114/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-114/2021 12.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı Rayon Polis Şöbəsinin nümayəndəsi polis leytenantı X1 iştirakı ilə xx.xx.1971-ci il tarixdə İsmayıllı rayonu, Mican kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, İsmayıllı rayonu, Mican kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir ona görə ki, xx.xx.2021-ci il tarixdə yaşadığı İsmayıllı rayonu, Mican kənd ərazisində yerləşən fərdi yaşayış evində saxladığı 1 ədəd nömrəsi silinmiş, təyinatı zavod üsulu ilə dəyişdirilmiş tək-tək atılan 24 kalibrli “Frolov” konstruksiyalı sürgülü hamar lüləli yivsiz odlu ov silahını müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxlaması müəyyən edilmişdir. Bu hərəkətləri ilə о, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı Rayon Polis Şöbəsinin nümayəndəsi polis leytenantı X2 bildirdi ki, xx.xx.2021-ci il tarixdə Şəxs yaşadığı İsmayıllı rayonu, Mican kənd ərazisində yerləşən fərdi yaşayış evində saxladığı 1 ədəd nömrəsi silinmiş, təyinatı zavod üsulu ilə dəyişdirilmiş tək-tək atılan 24 kalibrli “Frolov” konstruksiyalı sürgülü hamar lüləli yivsiz odlu ov silahını müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxlaması müəyyən edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibat xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə barəsində inzibat xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı olmadan baxılmasını qərara almışdır. Şəxs törətmiş olduğu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, tərtib edilmiş protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 1 ədəd nömrəsi silinmiş, təyinatı zavod üsulu ilə dəyişdirilmiş tək-tək atılan 24 kalibrli “Frolov” konstruksiyalı sürgülü hamar lüləli yivsiz odlu ov silahı müsadirə edilərək, cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1 ədəd nömrəsi silinmiş, təyinatı zavod üsulu ilə dəyişdirilmiş tək-tək atılan 24 kalibrli “Frolov” konstruksiyalı sürgülü hamar lüləli yivsiz odlu ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. 1 ədəd nömrəsi silinmiş, təyinatı zavod üsulu ilə dəyişdirilmiş tək-tək atılan 24 kalibrli “Frolov” konstruksiyalı sürgülü hamar lüləli yivsiz odlu ov silahı müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin X3 Baş İdarəsinin anbarına təhvil verilsin. Qərarın cəriməyə aid hissəsi İsmayıllı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan onun alındığı və ya təqdim olunduğu gündən 10(оn) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar