Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-118/2022 15.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon prokurorluğunun nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxx 1979-cu il tarixdə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İsmayıllı rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsində işləyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Prokurorluğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 15 mart 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 22 dekabr 2021-ci il tarixdə saat 09:10 radələrində idarə etdiyi “Mercedes Benz E 240” markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospekti ilə M.Müşviq küçəsinin kəsişməsində dönmə əməliyyatı apararkən, baş yolda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-2103” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobillə toqquşması və Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti alması faktı üzrə İsmayıllı rayon Prokurorluğunun müstəntiqi Orxan İbrəhimovun 22 fevral 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 04 mart 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon prokurorluğunun nümayəndəsi X4 izahatında göstərdi ki, 22 dekabr 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış və yol nəqliyyat hadisəsinin Şəxs tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, “Mercedes Benz E 240” markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ əsasında idarə edir. 22 dekabr 2021 iyul 2021-ci il tarixdə idarə etdiyi avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospektində dönmə əməliyyatı apararkən baş yolda hərəkətdə olan “VAZ-2103” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində o və digər aftomobilin sürücüsü Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Hazırda Əfqanın ondan tələb və şikayəti yoxdur. Əməlindən peşmandır və ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı yüngül bədən xəsarəti almış və avtomobilinə maddi ziyan dəymişdir. Şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Hazırda onun Şəxs qarşı tələb və şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 18 iyul 2017-ci il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, onun B kateqoriyalı sürücülük hüququ vardır. Məhkəmə-Tibbi Ekspertiza və X1 608 №-li 30.12.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət edilən alın-təpə nahiyyəsinin, burunun sıyrıqları, sağ gözün üst qapağının, burun kökünün qançırları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 30 dekabr 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2022-ci il tarixli 8/152 saylı ekspert rəyindən görünür ki, “Mercedes Benz E 240” markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza dəyəri 100 (bir yüz) manat təşkil edir. İsmayıllı rayon Prokurorluğunun müstəntiqi Orxan İbrəhimovun 22 fevral 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati icraatın başlanması məsələsinə baxılması üçün İsmayıllı rayon prokuroruna təqrirlə müraciət edilməsi qərar alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 22 dekabr 2021-ci il tarixdə saat 09:10 radələrində idarə etdiyi “Mercedes Benz E 240” markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospekti ilə M.Müşviq küçəsinin kəsişməsində dönmə əməliyyatı apararkən, baş yolda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-2103” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobillə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. İş üzrə aparılmış ekspertizanın dəyəri 100 (bir yüz) manat məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, X2, KOD 210005, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. İş üzrə aparılmış ekspertizanın dəyəri 100 (bir yüz) manat məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, X2, KOD 210005, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməlsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-118/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-118/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver