Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-120/2022 09.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə 25 mart 2021-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44 B-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, İsmayıllı rayon Minkə kənd orta məktəbində müəllimə işləyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 09 mart 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 24 oktyabr 2021-ci il tarixdə saat 18:00 radələrində İsmayıllı şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs yaşadığı evdə aralarında baş vermiş mübahisə zamanı sonuncuya sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon X5 Qrupunun təhqiqatçısı Şəhriyar Fərəcovun 22 yanvar 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 09 mart 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Ağacan Qarayev izahatında göstərdi ki, 24 oktyabr 2021-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, sonuncu ilə mübahisə edərək onu qəsdən vuraraq döymüşdür. Həmin faktla bağlı təhqiqatçı tərəfindən araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirildiyi üçün onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, anası Cəmilə Tağıyeva mebel sifarişi götürür. Zərərçəkmiş şəxs əri Məhəmməd Qurbani isə mebel sexi işlədir. 24 oktyabr 2021-ci il tarixdə anası mebel sifarişi qəbul etmiş və anasının işi olduğu üçün Məhəmmədin sexinə özü getmişdir. Məhəmməd sexdə olmadığı üçün geri qayıtmışdır. Bir neçə dəqiqə sonra Məhəmməd onların mağazasına gəlmiş və çertyoju onun mobil telefonuna göndərməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra anasının mobil telefonuna Məhəmmədin arvadı zəng etmiş və onları söyüb təhqir etmişdir. Bir qədər sonra Məhəmməd anasının mobil telefonuna zəng edərək yalnışlıq olduğunu bildirirək ondan üzr istəmişdir. Bundan bir qədər sonra Vüsalə yenidən anasının mobil telefonuna təhqiramız mesajlar yazmışdır. O, məsələyə aydınlıq gətirmək üçün anası ilə birlikdə Vüsalənin yaşadığı evə getmişdir. Evə çatdıqda Məhəmmədin anası Təranə qapını açmış və sonra Vüsalə pəncərədən onların ünvanına nalayiq ifadələr işlətmişdir. Vüsalə onların yanına gəlmiş və aralArında mübahisə yaranmışdır. Vüsalə əsəbi halda onları söyüb təhqir etdiyi üçün onu polis şöbəsinə şikayət edəcəyini bildirmiş və anası ilə birlikdə oaradan çıxaraq getmişdir. Vüsalə ilə aralarında söz mübahisəsi olsa da, Vüsaləni vurmamış ona hər hansı xəsarət yetirməmişdir. Vüsaləni həmin gün əri Məhəmməd döymüşdür. Vüsalə ona bir neçə dəfə başqa şəxslərlə xəbər göndərərk pul tələb etmişdir. Onun Vüsaləyə verəcək pulu yoxdur. Hazırda Vüsalə ilə barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, əri Məhəmmədin onun başqa xanımla aldatdığını şübhələnmiş və sonradan Məhəmmədin Aysellə münasibətdə olduğuna əmin olmuşdur. Bunu əri Məhəmməddə etiraf etmiş və Aysellə olan mesajlarını görmüşdür. Bundan sonra həmin nömrəyə müsajlar yazaraq ərini narahat etməməsini bildirmişdir. Həmin gün saat 18:00 radələrində Aysel anası ilə birlikdə onlara gəlmiş, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Aysel onun başından bir dəfə yumruqla vurmuş, boğazından tutub sıxmış, saçından tutaraq yerə yıxmışdır. Həmin vaxt qaynanası Ayseli ayırmış və Aysel anası ilə birlikdə oradan çıxıb getmişdir. Bundan başqa Aysel ona təhqiramiz mesajlar yazmış və mübahisə zamanı da söyüb təhqir etmişdir. Onu əri Məhəmməd döyməmiş və ona hər hansı xəsarət yetirməmişdir. Hadisə zamanı onun mobil telefonu və sırqası qırılmışdır. Ona həmin vaxt maddi ziyan dəymişdir. Hazırda Ayseli bağıışlamamış və onunla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Məhkəmə-Tibbi Ekspertiza və X2 498 №-li 27 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs boynun, sol dirsək oynağının, sol baldırın qançırları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 24 oktyabr 2021-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İsmayıllı rayon X5 Qrupunun təhqiqatçısı Qoşqar Aslanlının 27.11.2021-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 tərəfindən tərtib olunmuş 07 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 3(037)-427/2021 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs şikayəti təmin edilərək MK-1/1311 saylı material üzrə «Cinаyət işinin bаşlаnmаsının rədd еdilməsi hаqqındа» İsmаyıllı rayon X5 bölməsinin təhqiqatçısı X4 27 noyabr 2021-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 28 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 3(037)-427/2021 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 24 oktyabr 2021-ci il tarixdə saat 18:00 radələrində İsmayıllı şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs yaşadığı evdə aralarında baş vermiş mübahisə zamanı sonuncuya sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə onu qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanı etiraf etməməsi onun inzibati məsuliyyətdən yayınması üçün etdiyi özünü müdafiə cəhdidir və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə Şəxs himayəsində azyaşlı uşaq olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 400 (dörd yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-120/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-120/2022
09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver