Məhkəmə qərarları › İş №3(037)-120/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-120/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-120/2025 04.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi Nümayəndə1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) qanuni təmsilçisi Nümayəndə2 iştirakı ilə, "X2” MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Dağlıq Şirvan regional şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokola 04 iyun 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən hüquqi şəxs "X2” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 24 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, "X2” MMC-də çalışan işçilər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanma xx.xx.2025-ci il tarixədək təmin edilməmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi İcbari Sığorta Bürosundan əldə olunmuş məlumatlar və elektron informasiya sisteminin təhlili nəticəsində əldə edilmiş məlumatlar göstərilmişdir. Bununlada hüquqi şəxs "X2” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinin tələbləri pozulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 3(037)-120/2025 saylı qərarı ilə "X2” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 16 may 2025-ci il tarixli, 3(107)-143/2025 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin olunaraq, İsmayıllı Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 3(037)-120/2025 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərarında göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi işin hallarını, tam və obyektiv araşdırmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin İsmayıllı regional ərazi şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi Nümayəndə1 bildirdi ki, "X2” MMC-də çalışan işçilər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməmişlər. Elektron protokolun tərtib olunması hazırda tətbiq olunmur və bununla bağlı təlimlər keçirilir. Qeyd olunan protokolun elektron qaydada tərtib olunmalı olduğu halda, yazılı olaraq tərtib olunması barədə qanunvericilikdə hər hansı bir qayda yoxdur və bununla bağlı sübut təqdim edə bilmir. "X2” MMC-də həmin dövrdə hər hansı bədbəxt hadisənin baş verməsi barədə məlumat daxil olmamışdır. Buna baxmayaraq "X2” MMC orada çalışan işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etməli idi. İnzibati xəta haqqında protokolu müdafiə edir və məhkəmədən MMC-nin inzibati qaydada tənbeh edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "X2” MMC-nin qanuni təmsilçisi Nümayəndə2 izahatında göstərdi ki, "X2” MMC 2025-ci ilin fevral ayında fəaliyyətə başlamış və həmin tarixdə açılış olmuşdur. MMC-də olan işçilərlə yanvar ayında əmək müqaviləsi bağlasa da, fəaliyyətə qeyd etdiyi tarixdə başlamışdır. Hüquqi ünvanı İsmayıllı şəhəri olsa da, MMC Bakı şəhərində yerləşir və orada yaşayır. Ünvanına göndərilən məktubu isə əmisi arvadı Lətifə xanım qəbul etmişdir. Lətifə xanımın atası vəfat etdiyi üçün başı qarışıq olmuş və həmin məktubu ona gec vermişdir. Məktubu qəbul etdiyi gün, yəni 28 yanvar 2025-ci il tarixdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılması təmin etmişdir. Buna baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokolla razı deyil. Qeyd etdikləri nəzərə alınmaqla MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. 11 aprel 2025-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunundan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi 11 aprel 2025-ci il tarixdə qüvvədən düşmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.5-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduğuna görə hüquqi şəxs “X2” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hüquqi şəxs “X2” MMC -nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar