Məhkəmə qərarları › İş №3(037)-121/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-121/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-121/2022 09.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 X4 inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx xxxxx 1985-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, İsmayıllı rayonu Qalagah kəndində yaşayan, evli, orta təhsili, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 334.3-cü maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 09 mart 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 04 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus “VAZ-21214” markalı ** LC *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etməsi, idarə etdiyi avtomobili İsmayıllı şəhəri, M.F.Axundov küçəsində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparması, həmin vaxt qarşıda eyni istiqamətdə hərəkətdə olan “Mercedes Benz V220 CDİ” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə vurması, daha sonra yolun kənarında dayanmış “Opel Astra” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyməsi, nəticədə hər üç avtomobilə maddi zərər dəyməsi faktı üzrə Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsinin Dövlət X4 əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.2 və 334.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 X4 inspektoru Rafiq Əzizov izahatında göstərdi ki, Şəxs 04 fevral 2022-ci il tarixdə idarə etdiyi vatomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Araşdırma zamanı Şəxs avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur. Ona görə də, Şəxs barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 04 fevral 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs3 məxsus avtomobili İsmayıllı şəhəri ərazisində idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər üç avtomobilə maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3la razılığa gəlmişdir. “Opel Astra” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın bir hissəsini ödəmişdir. Avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyinə görə səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında izahat verərək göstərdi ki, baş vermiş hadisə zamanı onun avtomobilinə maddi ziyan dəymişdir. Avtomobilin bir detalını Şəxs alaraq ona vermişdir. O, dəymiş ziyanı tələb edir. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək dəymiş ziyanın ödənildiyini və Elnur Mahmudoa qarşı tələb və şikayətinin olmadıqlarını, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 04 mart 2022-ci il tarixli 02704 nömrəli şəxsin sərxoşluq vəziyyətinin müəyyən olunması üçün alkotester vasitəsi ilə ölçülmüş müayinənin nəticəsi barədə kağız daşıyıcıdan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 04 mart 2022-ci il tarixdə saat 16:26-da tibbi müayinədən keçirilərkən onun alkoqol sərxoşluğu vəziyyətində (alkoqolun miqdarı 0,443 %) olduğu müəyyən edilmişdir. “X2 Servis Mərkəzi”-nin 09-22 saylı, 05 mart 2022-ci il tarixli arayışında “Opel Astra” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilə 1655 (min altı yüz əlli beş) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. 05 mart 2022-ci il tarixli portal məlumat sistemi üzrə çıxarışdan görünür ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından inzibati xəta haqqında protokolun surəti həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon X3 X5 göndərilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 04 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus “VAZ-21214” markalı ** LC *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmiş, idarə etdiyi avtomobili İsmayıllı şəhəri, M.F.Axundov küçəsində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmış, həmin vaxt qarşıda eyni istiqamətdə hərəkətdə olan “Mercedes Benz V220 CDİ” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə, daha sonra yolun kənarında dayanmış “Opel Astra” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilə vurmuşdur. Hadisə nəticəsində hər üç avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. İnzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Astra” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, əmlak zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Astra” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar